Gözəllik
Dırnaqları sürətlə uzadan maska
Dırnaqlarınız tez-tez qırılır və qısa müddətdə uzanmırsa, xüsusi maskalardan istifadə etməlisiniz.
Bir çox qadın toya və ya digər özəl günlərə hazırlaşarkən süni dırnaqlardan istifadə edir. Ancaq Publika.az-ın təqdim etdiyi maska sayəsində ən qısa zamanda sağlam dırnaqlara sahib olmaq mümkündür.
Tərkibi:
Bir portağalın yarısı
2-3 diş sarımsaq
1 çay qaşığı duz
Yarım çay qaşığı soda
Zeytun yağı
Hazırlanması:
Portağalın şirəsini çəkin və təmiz bir kasaya tökün. Rəndələnmiş sarımsaqları, duzu və sodanı üzərinə əlavə edin. Dırnaqlarınızı bu qarışığa batıraraq 15 dəqiqə saxlayın. Daha sonra silin. Bu dəfə barmaqlarınızı zeytun yağının içərisində 10 dəqiqə saxlayın. Sonda əllərinizi ilıq su ilə yuyub qurulayın. Dırnaq və əl baxımı üçün uyğun olan nəmləndirici krem çəkin.
Bu maskanı həftədə iki dəfə təkrarlaya bilərsiniz.
Ləman Sultan
-
Sosial23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

















.png)

.jpg)
















