Gözəllik
Qırışları açan üz kremini özünüz hazırlayın!
Qırışlar 30 yaşdan sonra bütün xanımları narahat etməyə başlayır. Brendlərin qırışlar üçün təqdim etdiyi kremlər isə çox baha olur. Ancaq gözəl görünmək üçün sərvət xərcləməyə məcbur deyilsiniz. Qırış açan kreminizi ev şəraitində də hazırlaya bilərsiniz.
Publika.az dərini gəncləşdirən ən effektli krem reseptini təqdim edir:
Tərkibi:
1/4 stəkan badam yağı
2 xörək qaşığı kokos yağı
2 xörək qaşığı bal mumu
1/2 çay qaşığı E vitamini yağı
1 xörək qaşığı şi yağı
Hazırlanması:
Yuxarıda adı çəkilən bütün məhsulları bir qaba tökün. Kiçik bir qazana 2-3 xörək qaşığı su töküb qaynadın. Məhsulları tökdüyünüz qabı həmin qazanın içinə qoyun. Qabın içindəki hər şey əriyib qarışana kimi gözləyin . Arada bir qarışdırın. Daha sonra qarışımı kiçik bir şüşə qaba boşaldıb otaq temperaturunda saxlayın. Krem qatılaşandan sonra qabın qapağını örtün. Sərin yerdə saxlayın. Gündə iki dəfə təmiz dəriyə çəkin. Kremin effektini ən qısa zamanda müşahidə edəcəksiniz.
Ləman Sultan
-
Sosial23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

















.png)

.jpg)
















