Gözəllik
Yaşınızdan gənc görünməyin 5 yolu
İllər ötdükcə hər kəsin yaşlanmaq, cazibədarlığını itirmək qorxusu bir az da çoxalır. Qocalmanın təsirini gecikdirmək üçün xanımlar bahalı kremlər alır, zərdablardan və ya müxtəlif serumlardan istifadə edirlər. Amma yaşlılıq əlamətlərini həm makiyajla, həm də saç düzümü ilə gizlətmək mümkündür. Publika.az-ın gözəllik bölməsi yaşınızdan gənc görünməyin 5 yolunu təqdim edir:
At quyruğu
At quyruğu saç modeli qadını olduğundan gənc göstərmək kimi sehrli gücə malikdir. Saçlar tarım və möhkəm yığıldığı zaman göz kənarındakı xırda qırışlar azalır, gözlər daha yuxarıda görünür. Üz xətlərini dəyişdirən at quyruğu modeli bu ilin ən dəbli saç modellərindəndir. Yay aylarında istidən boğulanda, yaxud hovuza və ya dənizə girəndə bu əlverişli saç düzümünü yığmaq təklif olunur. Həm mövcud problemi həll edəcək, həm də gənc görünəcəksiniz.
Kontur üsulu ilə üzdəki qüsurları gizlədin
Aydınlaşdırıcı istifadə edərək üzünüzdə önə çıxarmaq istədiyiniz bölgələri vurğulayın. Bunun üçün almacıq sümüklərinə barmaq və ya düz bir fırça köməyi ilə konsiler çəkin. Bu zaman yanaqlar daha yuxarıda görünəcək. Eyni məhsulu göz kənarlarına da çəkdikdə gözlər daha parlaq və böyük görünəcək.
Gur qaşlar
Yaşlandıqca qaşlar da tökülməyə və seyrəlməyə başlayır. Seyrək qaşlar isə xanımları olduğundan daha yaşlı göstərir. Bunun üçün qaşları qaş qələmi və ya qaş kölgəsi ilə doldurun. Qaş rənginə görə aldığınız kölgəni incə fırça köməyiylə qaşlara çəkin. Əgər qaşlarınız çox nazikdirsə, qaş qələmi ilə xətt çəkib içini qaş kölgəsi ilə doldurmalısınız. Bu şəkildə qaşlar daha gur və qalın görünəcək.
Parlaq dodaqlar
Parıltılı dodaq boyaları, balzam dodaqları nəmləndirir. Həm də sizi olduğunuzdan daha gənc və müasir göstərəcək.
Təravətli və parlaq dəri
Parıltılı dəri qadınları çox gənc göstərir. Bu məsələdə parlaq və nəmli tonal kremlər kömək edə bilər. Onlar sizi bir neçə yaş cavan göstərir. Tonal kremin üstündən çəkilən parıltılı pudra isə maksimum effekt verəcək.
Aytən
-
MDB11:18Məşhur feminist öldürüldü - FOTOLAR
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
MDB10:13Rusiya ordusu Ukraynanın yük gəmisini vurdu
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"



















.jpg)
















.jpg)
