Gözəllik
Gözaltı kölgələri yox edən pomidor maskası
Demək olar ki, yaşından asılı olmayaraq qadınların 90 faizi gözaltı kölgələrdən əziyyət çəkir. Bir çox kosmetika məhsullarına sərvət xərcləyərək bu kölgələri gizlətməyə çalışırlar. Gözaltı kölgələr bir çox səbəbdən yarana bilər. Yorğunluq, yuxusuzluq və sağlam qidalanmamaq ən çox rast gəlinən səbəblər arasındadır.
Türkiyəli həkim Şərafətdin Saraçoğlu yuxu rejiminə, qidalanmasına fikir verdiyi halda bu problemdən xilas ola bilməyənlər üçün möcüzəvi maska resepti verib. O, maskanın tərkibindəki pomidorun gözaltı kölgələri qısa zamanda aradan qaldırdığını bildirib:
“Pomidorun tərkibindəki C, A vitaminləri, fosfor, kalsium mineralları və likopen maddəsi kölgələrin yox olmasını təmin edir”.
Publika.az həmin maskanın reseptini təqdim edir:
Bir ədəd pomidoru sürtgəcdə rəndələyin və ya blenderdən keçirin. Üzərinə yarım çay qaşığı limon şirəsi və yarım çay qaşığı sarıkök əlavə edib qarışdırın. Daha sonra 1 -2 çay qaşığı bütöv dənli buğda unu da əlavə edin. Maskanı 2-3 dəqiqə qarışdırın. Göz ətrafına çəkib 15-20 dəqiqə gözləyin. Vaxt bitdikdən sonra həmin bölgəni su ilə təmizləyib qurulayın. Dərhal göz kreminizi çəkin.
Bu proseduruı həftədə 3-4 dəfə təkrarlaya bilərsiniz.
Ləman Sultan
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
MDB10:13Rusiya ordusu Ukraynanın yük gəmisini vurdu
-
Magazin109:52Bakıda daha bir dəbdəbəli toy: Kutsi dəvət edildi
-
Qarabağ 09:37Gəncənin ilk mülki şəhidi - Həmin gün əsgərlərə dəstək olmağa gedəcəkmiş
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı















.jpg)


















.jpg)
