Gözəllik
Dərinin sağlam rəngini necə qaytarmalı?
Solğun üz, tutqun dəri, göz ətrafındakı qara halqalar müasir qadının üzündə tez-tez rast gəlinən adi əlamətlərdir. Bəs, üz dərisinin tutqunlaşmasının qarşısını necə almaq olar? Onu əvvəlki vəziyyətinə qaytarmaq, cəlbedici və parlaq olması üçün nə etməliyik?
Qədim dövrlərdə nənələrimiz dərilərinə klassik üsullarla qulluq ediblər. Onların yolu ilə gedib üz dərisinin təravətli və parıltılı görünməsinə ev şəraitində də nail ola bilərsiniz. Ona görə də publika.az-ın gözəllik bölməsi hər zaman aktual olan maska reseptini təqdim edir.
Əsas inqrediyentlər: Kəsmik, qatıq, bal, kök, yumurta ağı, nişasta, zeytun yağı və limon şirəsi.
Üz dərisi üçün kəsmik maskası
Bu maska quru dərilər üçün idealdır. 1 çay qaşığı kefiri və kəsmiyi 1 çay qaşığı balla qarışdırın. Maskanı masaj edərək üzə çəkin. 15-20 dəqiqədən sonra isladılmış pambıq diskin köməyi ilə və isti su ilə yuyun.
Zeytun yağı ilə kök maskası
Yağlı dəri üçün tövsiyə olunan bu maska üçün 1 çay qaşığı rəndələnmiş yerkökü, 1 yumurta ağı, nişasta və bir az zeytun yağını qarışdırın. Qarışığı təmizlənmiş dəriyə çəkib 15-20 dəqiqə gözləyin. İsti suyla isladılmış pambıq tamponla maska qalıqlarını təmizləyin. Bu maskanı ayda 2-3 dəfə etmək kifayətdir ki, dəriniz əvvəlki sağlamlığına qovuşsun.
Limon maskası
Limon maskası yağlı dərilər üçündür. Bu maska dərini vitaminlərlə təmin edir, ona parlaqlıq verir və sağlamlığını özünə qaytarır. 1 çay qaşığı limon şirəsi ilə 1 çay qaşığı balı qarışdırın. Maskanı üzə masaj hərəkətləri ilə çəkin. 15-20 dəqiqə sonra ilıq su ilə yuyun.
Normal dərilər üçün alma maskası
Alma püresinə qaymaq, yumurta, zeytun yağı əlavə edin. Maskanı üzə çəkib 20 dəqiqə gözləyin. daha sonra isti su ilə yuyun.
Piqment ləkələri təmizləyən kabak maskası
Kabakı rəndələyib üstünə bərabər miqdarda mineral su əlavə edin. Alınmış qarışığın yarısı qədər bal da əlavə edin. Maskanı hər gün çəkmək lazımdır. Effektini 2 həftə sonra görəcəksiniz.
Dərinin tonusunu yüksəltmək üçün yerkökü maskası
Kök maskası dəri məsamələrini təmizləyib, tonusunu yüksəldəcək, ona təravət bəxş edəcək. Bunun üçün 2 həb spirulina olmaqla, 0,5 çay qaşığı ağ gil və körpə pudrası lazımdır. Onları bir qaba töküb qarışdırın. Üzərinə isə yerkökü siropu əlavə edin. Maskanı üzə çəkib 15-20 dəqiqə gözləyin. İlıq su ilə yuyun.
Əgər hər hansı maskanı hazırlamağa vaxtınız yoxdursa, onda zeytun yağını, yaxud da balı üzünüzə çəkməklə kifayətlə bilərsiniz.
Aytən
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır












.jpg)


























