Gözəllik
Dabanları gözəl və yumşaq edən effektli üsul
Dabanlarınızın gözəl və yumşaq olmasını istəyirsinizsə, onlara mütəmadi olaraq qulluq etməlisiniz. Səhhətinizdə heç bir problem və avitaminoz çatışmazlığı yoxdursa, onda dabanları yumşaltmaq çox asandır. Bu məsələdə evdə olan ərzaqlar köməyinizə gələcək.
Birincisi, belə qulluq - ucuzdur, gözəllik salonuna getməyə ehtiyac olmadığı üçün pulunuz cibinizdə qalacaq. İkincisi, dabanın altı hamar və zərif olacaq, həmçinin, çatlar da yox olacaq.
Bu proseduru gecə etmək lazımdır. Bunun üçün də bir qaba 1,5 litr isti su töküb, üstünə isə 4 xörək qaşığı 3 faizlik hidrogen peroksidi məhlulu əlavə edin. Sonra ayaqları bu suya qoyun. Bir neçə dəqiqədən sonra xüsusi daban daşı və ya süngərlə dabanları yaxşıca sürtün.
Daha sonra isə dabanlara qliserinlə sirkə qarışığını çəkin. Qliserin 3 xörək qaşığı, sirkə isə 1 çay qaşığı olmalıdır. Corablarınızı geyinin və axşam belə yatın. Səhər yuxudan duran kimi ayaqlarınızı ilıq su ilə yuyun. Bu proseduru həftədə 1-2 dəfə tətbiq etdikdə, nəticəsi sizi inanılmaz dərəcədə təəccübləndirəcək.
Qliserin çox faydalı və təhlükəsiz maddədir. O, istənilən aptekdə və ya kosmetika mağazalarında satılır. Hidrogen peroksid də çox səmərəli və ucuz əldə edilən maddədir.
Sonda isə bu faydalı məlumatı dostlarınız ilə paylaşmağı unutmayın.
Aytən
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH














.png)

.jpg)



.jpg)
















