Gözəllik
Kimlər sinə əməliyyatı etdirə bilər?
Dünya miqyasında aparılan araşdırmalar zamanı məlum olub ki, qadınlar ən çox burun və sinə əməliyyatı etdirirlər. Məşhur türkiyəli estetik cərrah Bülent Cihantimur qadınların hansı hallarda sinə əməliyyatı etdirməli olduğu barədə maraqlı açıqlamalar verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cərrah qadınlar ən çox ana olduqdan, əmizdirmə prosesində və ya kökəlib arıqladıqdan sonra sinələrində sallanma problemi ilə qarşılaşdıqları qənaətindədir. O, sinə əməliyyatı ilə bağlı verdiyi açıqlamada bu sözləri deyib:
“Bu, çox təbii haldır. Lakin qadınların sinə əməliyyatı etdirməsi və ya etdirməməsi 4 üsulla test edilir. Sallanan sinələrdə, əsasən də, qolun aşağı hissəsinə doğru çatlara və ya dərinin nazilməsinə rast gəlirik. Sinələr də aşağıya doğru sallanır. Bundan başqa, sinənin tərləməsi və hava ala bilməməsi də dəri problemlərinə təkan verir.
Eyni zamanda, düzgün seçilməmiş büsqalter də sinə dekoltesində çatlar əmələ gəlməsinə və sallanmasına səbəb olur. Əgər sizdə də bu hallar müşahidə olunursa, əməliyyat üçün uyğun namizədsiniz.
Xəstələrin çoxu müayinə zamanı sinə sallanması ilə yanaşı, onların böyüklüyündən və ya kiçikliyindən də şikayətçi olduqlarını dilə gətirirlər. Onsuz da sallanmış sinələri əvvəlki vəziyyətinə qaytarmaq üçün sinə böyütmə əməliyyatı lazım gəlir.
Ona görə də sallanmış sinəni əvvəlki vəziyyətinə qaytarmaq və çatlamış dekolte hissəsini yaxşılaşdırmaqla yanaşı, sinə böyütmə əməliyyatı da olunur. Eyni şəkildə, böyük döşlərdən şikayətçi olan xanımlar isə sinə kiçiltmə əməliyyatı olunur”.
Bülent Cihantimur sinə kiçiltmə əməliyyatlarının yalnız estetik məqsədlə deyil, bel və kürək ağrılarının qarşısını almaq üçün də həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, sözügedən əməliyyat sağlamlıq problemlərini də aradan qaldırır.
Fidan
-
Avropa19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb





































.jpg)