Gözəllik
İçərək gözəlləşin
Bol miqdarda mineral və vitamin ehtiva edən ananas suyunun tərkibindəki B, C vitaminləri hüceyrələri yeniləyir, dəri xəstəliklərini aradan qaldırır.
Mütəxəssislər qətiyyətlə iddia edir ki, tərkibində bədənin ehtiyac duyduğu bütün vitamin və mineralların olduğu ananas suyunun dərini gözəlləşdirməklə yanaşı, bir çox faydaları var. Ananas immuniteti gücləndirərək bir çox xəstəliyin qarşısını alır. Tərkibindəki C vitamini günəşdən zərər görən dərini yeniləyir, kollagenləri qoruyur. Bu xassələri sayəsində ananas müxtəlif krem və losyonların tərkibində də geniş istifadə olunur. Ananas suyu isə yorğun dərinin təravətini özünə qaytarır, səpkiləri yox edir.
Əgər ananasa qarşı heç bir allergiyanız yoxdursa, dərinin yağlılığını ananas dilimləri ilə aradan qaldıra bilərsiniz.
Mineral tərkibi isə solğunlaşmış saç və dırnaqların sağlamlığına qovuşmasını təmin edir. Antioksidant xüsusiyyəti ilə bədəndəki toksinlərin atılmasını asanlaşdırır.
Həzm sisteminin və bağırsağın işini yaxşılaşdırır, həzm yolunu tədricən təmizləyir. Ananas təzyiq probleminə də müsbət təsir edir. Onun tərkibində zülalların həzm olunmasına yardım edən xüsusi fermentlər var. Buna görə də, ananas artıq çəki problemi ilə mübarizədə faydalı qidalar siyahısına daxildir.
Ananas necə saxlanılır?
Ananas soyuducuda yaxşı qalır. Bölünmüş ananası isə yumşaq polietilen paketə büküb qoyun. Bu görkəmdə onu dondurmaq da olar.
Dəyməmiş ananası bir-iki gün otaq temperaturunda saxlasanız, o, daha ləzzətli və yumşaq olacaq.
Aytən
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH














.png)

.jpg)



.jpg)
















