Gözəllik
49 yaşlı aktrisa gəncliyini və cazibədarlığını nəyə borcludur? - FOTO
Salam Hayek 49 yaşı tamam olmasına baxmayaraq, gözəlliyini hələ də qoruyub saxlayan ulduzlardandır. Üstəlik, heç bir estetik əməliyyat etdirmədən necə gözəl qalmaq olar.
Sən demə, 49 yaşlı Hollivud gözəlinin gənc qalmasının sirri sümük suyu şorbasındadır.
Publika.az xəbər verir ki, 49 yaşlı aktrisa sirrini ABŞ-ın “Extra” jurnalına açıb.
Dərisinin gəncliyini qorumaq üçün Meksika xəstəxanalarında yanıq müalicəsində istifadə edilən bir ağac qabığından istifadə edən Hayek sümüklərini möhkəmləndirmək və gümrah olmaq üçün hər gün sümük suyu şorbası içir:
“Sağlamlıq üçün bu xörəklər çox xeyirlidir. Onun içində kollagenler də var, yağlar da. İnsanlar yağlardan boş yerə qorxur. Yağ insanın dostudur".
Sümüyün içində olan ilik orqanizmin immunitet sistemi ilə birbaşa əlaqəli olan trombosit, eritrosit və lökasit hüceyrələrinin artaraq çoxalmasına xidmət edir. Sümük ilikləri soyuqdəyməyə qarşı qoruyur, eyni zamanda sağalma prosesini sürətləndirir.
Kəlləpaça şorbası sümükləri möhkəmləndirir. Məsələn, hər hansı bir səbəbdən qırılmış sümük və ya sümüklər onun sayəsində daha tez sağalır və yaxşılaşır. Sümük suyundan şorba hazırlayarkən limondan istifadə etmək şorbanın faydalarını daha da artırır.
Sümük suyu şorbası sadəcə, körpə və uşaqların inkişafında deyil, yaşlıların qidalanmasında da mühüm rola malikdir. Xüsusilə, pilləkan çıxa bilməyən, ya da yeriyəndə dizlərinin zəifliyindən şikayət edən yaşlılara güc verir. Yaşlı insanlarda diz sağlamlığında problem olmasının əsas səbəbi müəyyən bir yaşdan sonra dizlərin içindəki mayenin itməsi və orqanizmin onu təkrar istehsal edə bilməməsidir. Sümük suyu şorbası isə ehtiyac duyulan bu mayeni dizlərə verir. Bu sayədə dizlər, əvvəlki kimi olmasa da, nisbətən güclənir.
Aytən
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO













.jpg)





.jpg)

















