Gözəllik
Bədənin ən tez qocalan bölgələri üçün qulluq qaydaları
Boyun, sinə və əl dərisi daha tez qocalır. Üzünüzə nə qədər qulluq etsəniz də, sadalanan bölgələr sizin yaşınızı dəqiq göstərir. Odur ki, tez qocalan bölgələr üçün xüsusi qulluq qaydalarına əməl etmək lazımdır.
Publika.az boyun, sinə və əl dərisini gəncləşdirən qulluq qaydalarını təqdim edir:
Boyun üçün tonik
Üzünüzü yuyarkən boynunuzu yaddan çıxarmayın. Üz üçün istifadə etdiyiniz fırça ilə boynu da fırçalayıb yuyun. Daha sonra boyun və dekolte bölgəsi üçün nəzərdə tutulmuş xüsusi toniklərdən istifadə edin. Çobanyastığı, adaçayı, cökə yarpağı və nanədən çay dəmləyin. Soyuq halda onu gecə yatmazdan öncə boyun və dekolte bölgəsinə çəkin. Ardınca nəmləndirici krem çəkin.
Boyun və sinə üçün təbii maska
Kartof püresi və yumurta sarısını bir neçə damcı arqan yağı ilə qarışdırın. Maskanı boyun və dekolte bölgəsinə çəkib 20 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yuyunub qurulayın.
Əl dərisi üçün limon qabığı yağı
Əl dərisi üçün ən faydalı vasitələrdən biri də cəfəri suyu və limon yağıdır. Cəfərini qaynadın və əldə etdiyiniz suyun içərisinə 1 çay qaşığı limon qabığı yağı, 1 çay qaşığı zeytun yağı , 3 xörək qaşığı dəmlənmiş yaşıl çay əlavə edib losyon hazırlayın. Hər gün bu losyonla əllərinizə masaj edin. 15 -20 dəqiqə saxladıqdan sonra əlinizi yuyub qurulayın. Qidalandırıcı krem çəkin.
Bu losyonu buzluqda 1 həftə mühafizə etmək olar.
Əl üçün lavandalı maska
Bir az kəklikotu, nanə və lavandanı dəmləyin. Hər gecə yatmazdan öncə bu çaydan 1 xörək qaşığı götürüb içərisinə 3-4 damcı üzüm tumu yağı töküb onunla əllərinizi masaj edin. 20 dəqiqə saxlayıb yuyun. Sonra əllərinizə krem çəkməyi unutmayın.
Sonda onu da qeyd edək ki, istər üz, istərsə də bədənin daha parlaq və gənc görünməsi üçün istifadə etdiyiniz kremlərin içərisinə nar və ərik yağı əlavə etməlisiniz. 200 ml-lik kremə hər yağdan 3 damcı əlavə etmək kifayətdir.
Ləman Sultan
-
Avropa19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb





































.jpg)