Gözəllik
Meyvəli su ilə ayda 5 kilo arıqlayın
Asanlıqla arıqlamaq, özünüzü daha sağlam və gümrah hiss etmək, sellülitlərdən xilas olmaq istəyirsiniz? Elə isə Publika.az-ın təqdim etdiyi bu üsulla mütləq tanış olmalısınız.
Son günlər hər kəs daha sağlam və gözəl olmaq üçün meyvəli su içməyə başlayıb. Meyvəli suyun detoks kimi effekt verdiyi və 1 ayda 5 kilo arıqlatdığı deyilir.
Meyvəli detoks suyunun hansı faydaları var?
* Şəkər və tərkibində çoxlu kimyəvi maddələr olan qazlı içkilərdən imtina etməyə səbəb olur.
* Tərkibində vitaminlər var
* Gündə ən az 8 stəkan su içməlisiniz. Ancaq adi su içməyi çoxları xoşlamır. Meyvəli su içərək dadlı və ətirli olduğu üçün fərqində olmadan orqanizmi gündəlik su ehtiyacı ilə təmin edirsiniz.
* Dərinin nəm balansını qoruyur.
* Minerallarla zəngindir.
*Arıqlamağa kömək edir.
* Detoks effekti verir.
* Dəri, saç hüceyrələrini gücləndirir. Dırnaqların və dişlərin daha sağlam olmasını təmin edir.
Meyvəli su necə hazırlanır?
Ağız dadınıza uyğun mövsüm meyvələrinin hər birindən bir ədəd dilimləyin. Otaq temperaturunda olan bir litr suyun içərisinə tökün. Məsələn, bir ədəd kivini dilimləyib suya tökə bilərsiniz. Üzərinə isə bir dilim limon və bir az nanə əlavə etmək olar. Daha sonra suyu buzluğa qoyub 1 saat gözləyin. Hər gün üçün fərqli meyvələrdən meyvəli su hazırlaya bilərsiniz.
Meyvəli su içənlər çiyələk, kivi, moruq, böyürtkən, albalı, ananas, şaftalı və portağal kimi meyvələrə üstünlük verirlər. Kök və xiyar kimi tərəvəzlər də əlavə edə bilərsiniz. Hansı meyvələrdən istifadə etməyinizdən asılı olmayaraq suya, mütləq limon qatın.
Ləman Sultan
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq














.png)





.jpg)
















