Gözəllik
Bədən tipinizə uyğun idman növü hansıdır?
Sağlam və gənc qalmaq üçün idmanın əvəzedilməz vasitə olduğunu artıq hər kəs bilir. Ancaq idmanın orqanizmimizə faydasını hiss etmək istəyiriksə, bədən tipimizə uyğun idman növü ilə məşğul olmalıyıq. Türkiyəli pilates müəllimi Ayça Kaşıkçı idmanın bədən tiplərinə uyğun seçilməsinin üstünlüklərindən danışıb. Publika.az Ayça Kaşıkçının açıqladığı maraqlı məlumatları təqdim edir:
Ayça Kaşıkçı bildirib ki, 4 əsas bədən tipi var. İdman növü seçərkən bu bədən növlərini nəzərə almaq lazımdır.
1. Alma formalı bədən - pilates
Bədəninizin üst tərəfi alt tərəfindən daha geniş və kök görünürsə, ayaqlarınız incədirsə, beliniz çox da hiss olunmursa, deməli, siz alma formalı bədən quruluşuna sahibsiniz. Sizin üçün ən uyğun idman növü pilatesdir.
Çünki siz belinizi incəltməli, bel bölgəsinin yağlanmasının qarşısını almalısınız. Həmçinin, ayaq əzələlərinizi gücləndirməlisiniz. Bütün bunları pilateslə həyata keçirə bilərsiniz. Velosiped sürmək və üzmək də məsləhətdir.
2. Armud formalı bədən – qaçış
Bədəninizin aşağı hissəsi yuxarısından daha kök görünürsə, çiyinləriniz dar, ombalarınızı iridirsə, deməli, siz armud formalı fiquraya sahibsiniz.
Sizə velosiped sürmək məsləhət deyil. Çünki velosiped ayaq əzələlərini gücləndirir. Bu da ayaqların daha iri görünməsinə səbəb olur. Sizin üçün ən uyğun idman növü qaçışdır. Həmçinin, omba və ayaqları incəltmək üçün pilates hərəkətləri də edə bilərsiniz. Bədəninizin yuxarı qismini, yəni çiyinləri inkişaf etdirmək, sinəni böyütmək üçün isə idman alətlərindən istifadə etməlisiniz.
3. Qum saatı bədən forması – yoqa
Ən ideal bədən forması hesab edilir. Bədənin yuxarı və aşağı hissələri bir-birini tarazlayır. Ona görə də belə şəxslər hər cür idman növü ilə məşğul ola bilərlər. Velosiped sürmək, üzmək, qaçmaq, rəqs etmək ideal çəkidə qalmağa kömək edəcək. Ancaq idman etməyi sevməyənlər yoqa ilə məşğul ola bilərlər.
4.Kvadrat bədən forması – kardio məşqləri
Bu bədən formasında bel qıvrımı, demək olar ki, nəzərə çarpmır. Qollar və ayaqlar uzun, nazik olur. Belə bədən formasına sahib olanlar omba və çiyin əzələlərini gücləndirməlidirlər. Kvadrat bədən forması üçün ən uyğun idman növü kardio məşqlərdir.
Ləman Sultan
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq














.png)





.jpg)
















