Gözəllik
Bu qidalar sayəsində sellülitlərdən xilas olun!
Sellülit kök və ya arıq olmasından asılı olmayaraq, demək olar ki, bütün qadınların ən böyük kabusudur. Sellülitlərin yaranmasının bir çox səbəbi ola bilər.
Bu səbəblərin hamısını aradan qaldırsanız belə, genetikanızda varsa, qismətinizlə barışmaqdan başqa çarəniz qalmayacaq. Ancaq mütəxəssislər sellülitləri yox etməyin mümkünsüz olmadığını bildirirlər. Əks halda, dünya ulduzları qüsursuz bədən quruluşuna sahib ola bilməzdilər. Cennifer Lopez, Beyons kimi 30 yaşı keçmiş, üstəlik, övlad sahibi olmuş ulduzlar sübut edirlər ki, sellülitlə mübarizə effekt verir. Bəs, nə etmək lazımdır? Əlbəttə ki, professional xidmət göstərən gözəllik mərkəzlərində tətbiq edilən sellülit masajları və digər proseduralar çox effektlidir. Ancaq gözəl görünmək üçün o qədər pul xərcləməyə ehtiyac yoxdur. Çünki sellülitləri yox edən qidalar yeyərək qüsursuz bədənə sahib olmaq mümkündür.
Publika.az qısa zamanda sellülitləri aradan qaldıran və dərini möhkəmləndirən qidaları təqdim edir:
1. Kətan toxumu
Katan toxumu östrogen hormonunun səviyyəsini artırır, kollagen miqdarının çoxalmasını təmin edir. Dərini möhkəmləndirir və sellülitləri azaldır. Hüceyrələrin yenilənməsini sürətləndirdiyi üçün dəri daha da hamarlaşır. Səhər yeməyi zamanı yulaf əzməsinin üzərinə 2 xörək qaşığı kətan toxumu əlavə edərək yeyə bilərsiniz.
2.Limon şirəsi
Təzə sıxılmış limon şirəsi orqanizminizin toksinlərdən təmizlənməsini sürətləndirir. Limon şirəsində bol miqdarda C vitamini və antioksidant var. Hər gün 1 stəkan suya bir az limon şirəsi əlavə edərək içsəniz, sellülitlərinizi yox edə bilərsiniz.
3. Qulançar
Toksinlərin atılmasını təmin edir. Lif və minerallarla zəngindir. Damarları yağ və toksindən təmizlədiyi üçün sellülitlərin yaranmasına imkan vermir.
4. Yaşıl rəngli içkilər
Sellülitlərə qarşı ən təsirli vasitələrdən biri də yaşıl rəngli içkilərdir. Yaşıl çay ən təsirlisi hesab edilir. Ancaq alma şirəsi ilə darçını qarışdırıb içmək də eyni effekti verir.
5. Su
Bədəninimizin 70 faizi sudan ibarətdir. Ona görə də bütün xəstəliklərdən qorunmaq, sağlam və gözəl görünmək üçün su həyatımızda əvəzedilməz rol oynayır. Əgər su içmirsinizsə, sellülitlərə qarşı heç bir krem, heç bir prosedura sizə kömək etməyəcək. Odur ki, gündə ən az 1-2 litr su içməyə çalışın.
Ləman Sultan
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq














.png)





.jpg)
















