Gözəllik
Makiyajı təmizləməyin alternativ yolları
İşlərin çoxluğundan ehtiyacımız olduğu kosmetik vasitələri almağı unuduruq. Onlar isə ən çox lazım olan anda bitir. Məsələn, makiyaj təmizləyici hər zaman əlinizin altında olmaya bilər. Bəs, bu kimi hallarda dəriyə zərər vermədən onu nə ilə silə bilərik? Makiyajla yatmamaq üçün hansı vasitələrdən istifadə etmək olar?
Publika.az-ın gözəllik bölməsi evdə makiyaj təmizləmək üçün xüsusi bir məhsulunuz olmayanda istifadə edə biləcəyiniz alternativ məhsulların siyahısını təqdim edir:
Təbii Yağlar
Baxım üçün istifadə etdiyiniz hindqozu yağı, ya da zeytun yağından makiyajı təmizləmək üçün istifadə edə bilərsiniz. Bu yağlar dərini təbii şəkildə nəmləndirir və təravətləndirir.
Bəbə yağı
Əgər makiyaj təmizləyiciniz bitibsə, onu körpə yağı ilə əvəz edə bilərsiniz. Körpə yağı makiyajı çox asanlıqla təmizləyir. Ancaq bu yağdan tez-tez istifadə etmək tövsiyə olunmur.
Vazelin
Effektli nəmləndirici olan vazelin həm də makiyaj təmizləyicini əvəz edə bilər. Pambığın köməyilə vazelini üzünüzə çəkib sonra makiyajı təmizləyin. Lakin bu məhsulu üzə tez-tez çəkmək olmaz.
Bal
Bal da faydalı xüsusiyyətlərinə görə, dəriyə zərər vermədən makiyajı təmizləyən ən yaxşı vasitədir. Azacıq bal götürüb barmaq uclarında üzünüzə çəkin. Sonra isə nəm pambıqla makiyajı silin. Bu sayədə həm makiyaj təmizlənir, həm də dəri nəmlənir.
Aytən
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq














.png)





.jpg)
















