Gözəllik
Saçların ağarmasının qarşısını alan rozmarin maskası
Artıq ağ saçlar yaşlılığın əlaməti deyil. Stress, yorğunluq, yanlış qidalanma və yuxu rejiminin, həmçinin genetik səbəblərdən irəli gələn amillərin təsiri ilə gənc yaşda da saç ağarması ilə üzləşə bilərsiniz. Bir neçə telinizin ağardığını görmüşünüz, ancaq boyatmaq istəmirsinizsə, Publika.az-ın təqdim etdiyi rozmarin maskasını sınaqdan keçirin.
Rozmarin və adaçayı ən çox istifadə edilən şəfalı bitkilərdəndir. Ancaq bu iki bitkinin tərkibindəki maddələr saçların rəngini tündləşdirməyə qadirdir. Ona görə də, boz və ağ saçların rəngini tündələşdirmək üçün bu iki bitkidən istifadə etmək olar.
Bunun üçün iki stəkan suyun içərisinə yarım fincan rozmarin tozu və eyni miqdarda toz halına salınmış adaçayı töküb qaynadın. Qaynadıqdan sonra ocağın altını söndürüb 1-2 saat dəmlənməsini gözləyin. Qarışığı süzün. Saçınızı şampunlayıb yuduqdan sonra rozmarin və adaçayı suyu ilə durulayın. 15-20 dəqiqə sonra saçınızı təkrar təmiz su ilə yuyun.
Həftədə iki dəfə bunu təkrarlasanız, saçlarınızdakı ağlar artıq sizi narahat etməyəcək.
Ləman Sultan
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq














.png)





.jpg)
















