Gözəllik
Əgər kişi ilk baxışdan aşiq olubsa, deməli, qadının...
Sən demə, seçdiyimiz ətir xarakterimizdən xəbər verirmiş. Jan-Pol Qerlen deyirdi: "Mən əminəm ki, əgər kişi ilk baxışdan aşiq olursa, deməli, qadının ətir seçimi uğurlu olub". Belə çıxır ki, qoxular böyük güc deməkdir. Çünki ətirlər qadın haqqında çox məlumat verə bilər.
Bəs, siz hansı ətirlərdən istifadə edirsiniz? Publika.az ətirlərin xarakteristikasını təqdim edir:
Yüngül qoxular
Şən, gülməli, ciddi! Tənhalığa dözmür, gurultulu şənliklər təşkil etməyə üstünlük verir. Bu cür qoxuları sevənlər planlaşdırılmamış mərasimin eyni zamanda həm ssenaristi, həm rejissoru, həm də baş qəhrəmanı ola bilər. Bir qədər tərkidünyadır, çünki maddi dəyərlərə qiymət vermir, dostluq və insani münasibətlər onun üçün daha böyük əhəmiyyət kəsb edir.
Sitrus tərkibli ətirlər
Yəqin ki, onların planları on il əvvəlcədən yazılıb. Sitrus tərkibli ətirləri xoşlayanlar hər şeyi öyrənməyə və nəzarət etməyə can atırlar. Yeri gəlmişkən qeyd edək ki, bu cür ətirləri seçən qadınlar özünə qarşı çox tələbkardır. Ona görə də onlar təsadüfi səhvlərə və ya diqqətsizliyə dözmür.
Bitkilər və otlar
Belə qadınlar düzgün həyat tərzi yaşamağa çalışırlar. Sağlamlığına və qidalanmasına ciddi nəzarət edirlər, idmanla məşğul olur, həmçinin, təbii tərkibli kosmetik məhsullardan istifadə edirlər. Onlar divanda uzanıb istirahət etməkdənsə, ailə üzvləri ilə birlikdə şəhərdən kənarda gəzintiyə çıxırlar. Çiçəkləri sevir və həmişə pəncərənin qabağına gül qoyurlar.
Zərif gül ətirləri
Çox romantik və zərifdir. Evə çox bağlı insandır. Qarşılıqlı münasibətləri həmişə qorumağa çalışır, həmsöhbətini dinləmək, başa düşmək və təsəlli verməyə həmişə hazırdır. Bu qoxuları sevən qadınlar ev rahatlığını, səsli-küylü ailə bayramlarını, qonaqlı-qaralı axşam yeməklərini, ən əsası, uşaqları ilə əylənməyi çox sevirlər.
Aytən
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü














.jpg)






.jpg)






.jpg)











