Gözəllik
Qadın gözəlliyinin ən qorxulu düşməni
Qadınları narahat edən estetik problemlərdən biri də dodaq ətrafında mötərizə şəklində yaranmış qırışlardır. Publika.az dodaq ətrafında qırışların yaranma səbəbləri barədə Türkiyəli cərrah Bülent Cihantimurun fikrini təqdim edir:
“Dodaqətrafı qırışlar ən çox 35 yaşdan sonra meydana gəlir. Siqaret çəkənlərdə bu problem özünü daha erkən yaşlarda göstərməyə başlayır. Çünki siqaret çəkəndə dodaqlar büzüşür, onun tərkibindəki zəhərli maddələr toxumaları zədələyir, dodaqda kollagen istehsalı zəifləyir, elastiklik azalır və nəticədə dərin qırışlar düşür”.
Siqareti tərgidin və dodaqları nəmləndirin
Estetik cərrah bildirib ki, siqaret qadın gözəlliyinin ən böyük düşmənidir. Dodaq ətrafında yaranmış qırışları aradan qaldırmağın bir çox yolu var. Qırışlardan uzun müddətlik xilas olmaq istəyənlər ən çox botoks etdirir.
Bundan başqa, dodaq ətrafına gialuron turşusu yeridilir. Gialuron dərini yaxşı nəmləndirən və hüceyrələrin uzun müddət nəmli qalmasına kömək edən maddədir. Bu maddə dəri altına yeridildikdə öz faydalı xüsusiyyətlərini maksimum dərəcədə dəriyə ötürürlər. Bu maddə hüceyrələrin regenerasiyasını stimullaşdırır, qırışları hamarlamağa və azaltmağa, üz ovalının tonusunu artırmağa, qocalma prosesini ləngitməyə kömək edir. Onun tərkibində olan təbii yağlar və cövhərlər dərini lazımi mikroelementlərlə qidalandırıb doydurur.
Xəstənin öz yağından hazırlanan kök hüceyrə transferi isə son illərdə kəşf olunmuş ən sağlam üsuldur.
Estetik cərrah xanımlara küçəyə çıxmazdan əvvəl dodaq ətrafına mütləq nəmləndirici krem, dodaqlara isə balzam çəkməyi tövsiyə edib.
Aytən
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
















.jpg)



.jpg)


















