Gözəllik
Dırnaqları sürətlə uzadan yağlar
Qadının əlləri onun haqqında çox şey deyir. Buna görə də əllərə və dırnaqlara xüsusi qayğı göstərməliyik.
Ev şəraitində əllərə necə qulluq edə bilərik? Üz və saç üçün olduğu kimi, dırnaq üçün də maskalar hazırlanır. Məsələn, təqdim etdiyimiz bu maska həm asan hazırlanır, həm də dırnaqların qırılmadan tez və sağlam uzanmasını təmin edir:
Ərzaqlar:
Eyni miqdarda:
1. Günəbaxan yağı
2. Hind qozu yağı
3. Badam yağı
4. E vitamini yağı
5. Zeytun yağı
6. Çay ağacı yağı
7. E vitamini kapsulları
Hazırlanması:
- Bütün yağlar qarışdırılaraq təxminən 30 saniyə mikrodalğalı sobada qızdırırlır. İçərisinə bir kapsul E vitamini əlavə edilir. Yağ çox isti olmamalıdır. İlıqlaşdıqdan sonra barmaqlarınızı içinə salıb 10 dəqiqə saxlayın. 2-3 dəqiqə sonra yağı təkrar qızdırıb barmaqlarınızı yenidən içərisinə qoyun. Daha sonra su ilə yuyun. Təmiz dəsmal ilə silin. Nəmləndirici ilə masaj edib yatın.
Bunu həftədə 2-3 dəfə etməlisiniz!
Sağlam və güclü dırnaqlar üçün daha bir neçə məsləhət
Sağlam dırnaqlara sahib olmağın ən önəmli şərti sağlam qidalanmadır. Ət, süd və balıq məhsullarını mütəmadi olaraq yeyin.
Asetonun dırnaqlara zərər verdiyi heç kimə sirr deyil. Ona görə də, mümkün qədər az aseton istifadə edin.
Təmizliklə məşğul olanda mütləq əlcək geyinin. Çünki yuyucu vasitələrin tərkibindəki kimyəvi maddələr dırnaqların korlanmasına gətirib çıxarır.
Manikür etdirdiyiniz məkanın gigiyenik tələblərə cavab verdiyinə fikir verin. Dırnaqlarınızı dırnaq qayçısı yerinə dırnaq bıçqısı ilə qısaldın. Çünki sağlam uzanması üçün bu, daha effektlidir.
Aytən
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
















.jpg)



.jpg)


















