Gözəllik
Karbohidrat düsturu ilə daim ideal çəkidə qal!
Pəhriz saxlayan və ya sağlam həyat tərzi ilə maraqlananlar bilir ki, insanın kökəlməsinin əsas səbəbi qəbul etdiyimiz karbohidratlardır. Tərəvəzlərdən meyvələrə, yeməklərdən şirniyyatlara kimi, demək olar ki, hər şeyin tərkibində karbohidrat var. Karbohidrat orqanizm üçün gərəkli olduğundan ondan tamamilə imtina etmək mümkün deyil. Bütün bunları nəzərə alan sağlam qidalanma mütəxəssisi və diyetoloq Alan Eraqon ideal çəkidə qalmaq və ya arıqlamaq istəyənlərə yeni bir düstur verib.
Diyetoloq iddia edir ki, “karbohidrat hesablama düsturu” adlanan bu üsulla daim ideal çəkidə qalmaq mümkündür.
Publika.az Alan Eraqonun düsturunu təqdim edir:
Diyetoloq bildirir ki, fiqurasını qorumaq istəyən hər bir kəs gündə maksimum nə qədər karbohidrat qəbul edə biləcəyini hesablamalıdır. Hər bir insanın maddələr mübadiləsinin sürəti və orqanizminin karbohidrata olan ehtiyacı fərqlidir. Ona görə də, gündəlik olaraq qəbul edəcəyiniz karbohidrat miqdarını hesablayarkən bunları nəzərə almalısınız.
Alan Eraqon bildirir ki, gün ərzində çox hərəkət etməyən, ofis şəraitində işləyən insanlarla, aktiv həyat tərzi olan, idmana vaxt ayıran insanların qəbul etməli olduğu karbohidrat dəyəri eyni ola bilməz. Bunu nəzərə alaraq, diyetoloq ideal karbohidrat dəyərini hesablamağın 3 yolunu təklif edir:
1. Ofisdə işləyir, həftədə bir və ya iki dəfə 1 saat idman edir, bədəninizdəki yağlardan xilas olmaq istəyirsinizsə,nail olmaq istədiyiniz çəkini 1-ə vurun.
2. Əgər gündə 1 saatdan artıq idmanla məşğul olursunuzsa, hədəfiniz olan çəkini 2-ə vurun.
3. Əgər gündə ən az 2-3 saat idman edir, sonradan əzələyə çevirmək üçün bir az kökəlmək istəyirsinizsə, ideal hesab etdiyiniz çəkini 3-ə vurun.
Əldə etdiyiniz rəqəm hər gün qəbul etməli olduğunuz karbohidrat göstəricisidir.
Ləman Sultan
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
















.jpg)



.jpg)


















