Gözəllik
Düyü suyu ilə möhtəşəm saçlara qovuşmaq xəyal deyil
Yüz illərdir ki, asiyalı qadınlar düyüdən gözəllik iksiri kimi istifadə edirlər. Xüsusilə də, Çin və Yapon qadınları düyünü gözəllik proseduralarının vazkeçilməzi sayırlar. Məsələn, Çinin Huanqluo adlı kəndində yaşayan qadınlar 1 metr 80 santimetrə çatan saçları ilə “Ginnesin rekordlar kitabı”na düşüb. 80 yaşına çatana kimi saçları ağarmayan həmin qadınların uzun və sağlam saçlarının sirrinin isə düyü ilə bağlı olduğu deyilir.
Bəs, düyünün saçlara təsiri nədən ibarətdir?
Düyü suyu
Düyüdən əldən edilən suda B1, C və E vitaminləri olur. Düyü suyu mineral baxımından da zəngindir. Saçı ətraf mühitin mənfi təsirindən qoruyur, elastiklik verərək qırılmasının, elektriklənməsinin qarşısını alır. Tərkibindəki “inositol” adlı maddə saçqıranları yox edir, saçı bərpa edir. Üstəlik, düyü suyu ilə yuyulan saçda durulansa belə, inositol ilişib qalır və uzun müddət təsirini qoruyur.
Düyü suyunu necə hazırlamalı və ondan necə istifadə etməli?
Düyü suyunun tərkibi:
½ stəkan düyü (istənilən düyü növü ola bilər)
2 stəkan su
Hazırlanması:
Əvvəlcə, düyünü yaxşıca yuyun. Daha sonra düyünü arada qarışdırmaq şərti ilə 1 saat suda saxlayın.Düyü yumuşaldıqdan sonra qaşıqla əzərək püre halına salın. Həmin düyünü incə telli ələkdən keçirib otaq temperaturunda 24 saat saxlayın. Vaxtın tamamında düyünü qarışdırıb istifadə edə bilərsiniz.
Unutmayın ki, düyü suyunu soyuducuda 5 gün mühafizə edə bilərsiniz. Ondan sonra yenidən düyü suyu hazırlamalısınız.
İndi isə keçək istifadə qaydasına. Saçınızı şampunlayıb yuyun. Düyü suyunu başınıza töküb masaj edin. 4-5 dəqiqə gözləyib ilıq su ilə durulayın.
Ləman Sultan
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək












.jpg)








.jpg)


















