Gözəllik
Beynini və dilini “tərbiyə” edərək 6 ayda arıqla!
Nə qədər pəhriz saxlasanız da, axırda nəfsinizə təslim olub ideal çəkidən daha da uzaqlaşırsınız? Elə isə mütəxəssislərin məsləhətlərini qulaqardına vurmayın.
Dünyaca məşhur diyetoloqlar beyni və dili “tərbiyə” edərək 6 ayda sağlam həyat tərzinə keçməyin və arıqlamağın mümkün olduğunu açıqlayıblar.
Bu mövzuda aparılan araşdırmaların rəhbəri doktor Suzan Roberts mütəmadi olaraq "fastfood" yeməkləri, yağlı və şəkərli qidalar yedikdə dil hüceyrələrinin yalnız həmin qidaları tanımağa başladığını və beynin bu dadlardan asılı hala düşdüyünü bildirib.
Beyin sağlam qidalara 6 ay içərisində öyrəşir. Bunun üçün süfrəyə oturarkən önünüzə həm sevdiyiniz xörəklərdən birini, həm də sağlam həyat tərzinə uyğun qidalar qoyun. Əvvəlcə, xoşlamadığınız, ancaq sağlamlıq üçün yararlı olduğunu bildiyiniz qidaları yeyin. Məsələn, kabab yeyəcəksinizsə, ondan öncə bir boşqab yağsız salat yeyə və ya 1 porsiya brokkoli şorbası içə bilərsiniz. Beləliklə, mədəniz dolacaq və zərərli xörəkdən az yeməli olacaqsınız. Bunu 6 ay tətbiq edə bilsəniz, dilinizdəki hüceyrələr sağlam qidaların dadına öyrəşəcək. Beləliklə, brokkoli və ya kahı sizə dadsız gəlməyəcək. Özünüz də hiss etmədən şəkərli və yağlı qidaları menünüzdən çıxaracaqsınız.
Alimlər bildirirlər ki, bu, əsəbləri pozmadan, orqanizmə zərər vermədən arıqlamağın ən yaxşı üsuludur.
Ləman Sultan
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar














.jpg)







.jpg)















