Gözəllik
Payız üçün aktual obrazlar - FOTOLAR
Bu gün yayla vidalaşırıq. Odur ki, xanımları payız mövsümünün makiyaj yenilikləri ilə tanış etməyin əsl vaxtıdır.
Publika.az-ın gözəllik bölməsi yeni mövsümü yaxşı əhval-ruhiyyədə qarşılamağı tövsiyə edir. Unutmayın ki, əhval-ruhiyyəniz necə göründüyünüzdən çox asılıdır. Gəlin, mövsümün makiyaj və saç dəbini birlikdə nəzərdən keçirək.
Şaftalı palitrası
Göz makiyajında yumşaq və təmiz şaftalı tonları bu payız gözlərinizin gözəl görünəcəyini vəd edir. Vizajistlər göz qapaqlarını, dodaqları və almacıq sümüklərini yarımşəffaf şaftalı tonları ilə vurğulamağın dəbdə olduğunu söyləyirlər. Nəticədə, rəng dəri ilə sanki birləşir, lakin bu zaman dəriniz öz təravətini itirmir, əksinə onu vurğulayır və ümumilikdə obrazı korlamır.
Uzun at quyruğu
Aşağıda toplanmış sadə at quyruğu saç düzümü ilin istənilən vaxtında aktualdır. Buna səbəb isə hər məkana uyğun olmasıdır. Lakin rezinin görünməməsi üçün saçınızdan bir az ayırıb rezinin ətrafına dolayıb sancaqlayın. Həmin kiçik sancaq isə saçınıza ancaq gözəllik verəcək.
Əvəzolunmaz qırmızı
Ötən il tünd-qırmızı dodaq boyaları aktual idisə, bu mövsüm gözəl və qətiyyətli qırmızının açıq tonları dəbdədir. Həmin rənglər üzünüzdə makiyaj olmasa belə, öz universallığı ilə sizi cazibədar göstərəcəyindən əmin olun.
Toppuz
Mürəkkəb formada yığılmış toppuz saç düzümü payızın əsas trendidir. Amma belə saç düzümünü özünüz də yığa bilərsiniz. Bunun üçün hörülmüş saçı dairəvi formada yığın və aralarına saç sancaqları keçirdin.
Qəhvəyi göz kölgəsi
Qəhvəyi göz kölgələrinin simfoniyasından yaranmış dumanlı göz makiyajı baxışlarınızı daha mənalı edəcək. “Tom Ford” moda evi də payız-qış kolleksiyasında makiyajda bu rəngdən istifadə etmişdi.
Solğun manikür
Payızda solğun tonlar, xüsusən də, yaşılın tutqun tonları daha populyar olacaq. Dəblə ayaqlaşmaq istəyənlər “Dior”-un 701 nömrəli “Métropolis” dırnaq boyalarına müraciət edə bilər.
Aktuallığını itirməyən balerina toppuzu
Boynun ortasında yığılmış yığcam və sadə balerina toppuz da aktuallığını itirməyən saç düzümüdür. Toppuzu sıx, yoxsa dağınıq olması öz öhdənizə buraxılıb.
Aytən
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar














.jpg)







.jpg)















