Gözəllik
İlin əsas gözəllik trendi: təbii makiyaj və məsum baxışlar - FOTOLAR
Hollivudun tanınmış simaları qırmızı xalı mərasimlərində dəbdəbəli görünməyə can atsa da, makiyajdan minimum istifadə edirlər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, vizajistlər bu mövsüm təbii makiyajın dəbdə olduğunu bildiriblər. Dünyanın ən tanınmış makiyaj ustaları da xanımları makiyajdan mümkün qədər az istifadə etməyə, üzü rənglərin hücumuna məruz qoymamağa, ən əsası isə, təbiiliyi qorumağa çağırırlar.
Necə deyərlər, Koko Şanelin aksessuarlarla bağlı söylədiyi “Az hər zaman daha yaxşıdır” prinsipi burada da keçərlidir.
Mütəxəssislərin sözlərinə görə, təbii səliqəli qaşlar, birrəngli, çox parlaq olmayan göz kölgələri mövsümün ən ideal makiyajı sayılır. Bu cür makiyaj gündəlik həyatda da xanımlar üçün çox əlverişlidir. Üstəlik, işgüzar xanımlar üzünü ağır makiyajla yükləmədiyi üçün gün ərzində özlərini yorğun hiss etmirlər. Elə dəfilələrdə də bu cür makiyaj tətbiq edilir. Məsələn, “Giambattista Valli” moda evinin payız-qış dəfiləsində də podiuma çıxan modellər sadə makiyaj sayəsində olduqca təbii görünüb. Belə ki, yanaqları vurğulamaq üçün ancaq şaftalı tonlarında ənlikdən istifadə olunub, gözlərdə isə tuşla kifayətlənmişdilər.
Yeri gəlmişkən, qeyd edək ki, Diana Kryuger, Ell Fenninq, Gigi Hadid, Amanda Seyfrid, Kara Delevin və digər Hollivud ulduzları təbii makyaj trendinə əməl edirlər. Onlar hətta qırmızı xalı mərasimlərində minimum makiyaj nümayiş etdirirlər.
Tanınmış vizajist Vel Qarland bildirib ki, bu yalnız ilk baxışda darıxdırıcı gəlir, amma dərindən fikirləşdikdə bu cür makiyajla istənilən obraz canlanır: “Kirpikləri tuşla həcmli göstərməklə siz bütün gecəni səhərə qədər rəqs edə bilərsiniz. Ancaq tuşla doymursunzusa, o halda, gözlərə nəzərəçarpmayacaq dərəcədə göz kölgəsi çəkə bilərsiniz. Amma tünd göz kölgələrindən istifadə etmək olmaz. Əgər sizin dəri rənginiz solğundursa, yağlı göz köglərindən istifadə edin. Dəri rəngi tünd olanlara isə əlvan rənglər çox yaraşır. Dodaqlarda isə istənilən çaları seçməkdə azadsınız. Burda sizə məhdudiyyət qoyulmur” - deyib.
Aytən
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar














.jpg)







.jpg)















