Gözəllik
Payızda dərinizin rəngini qorumaq istəyirsinizsə, bunlara əməl edin!
Yay tətili başa çatdı. Yəqin ki, bu tətildən istifadə edib bol günəş enerjisi qəbul etdiniz. Başqa sözlə, dəriniz istədiyiniz rəngi alana kimi günəşin altında yatdınız. Təəssüf ki, payız aylarında dərinizin rəngi açılacaq və əvvəlki vəziyyətinə qayıdacaq. Bəs zəhmətinizin hədər getməməsi, payız aylarında da dərinizin istədiyiniz rəngdə qalması üçün nə etməlisiniz?
Bu sualın cavabı sizin üçün də maraqlıdırsa, Publika.az-ın məsləhətlərinə nəzər yetirin!
1. Günəşin dəridə yaratdığı qaraldıcı effektin uzunmüddətli olması üçün gün ərzində bol-bol su için. Su dərinin nəm balansını qoruyur. Beləliklə, dəri soyulmur və uzun müddət olduğu rəngdə qalır.
2. Nəmləndirici kremlərdən istifadə edin. Bu da dərinin soyulmasının qarşısını alan üsullardan biridir.
3. Soyuq su ilə yuyunun. İsti su ilə yuyunmaq dərini qurudur və soyulmasına səbəb olur.
4. Dərinizin rənginin tez açılmasını istəmirsinizsə, yediyiniz qidalara da diqqət etməlisiniz. Sağlam qidalanmaq əsas şərtlərdən biridir. Həmçinin tərkibində A və D vitamini olan yerkökü, qırmızı bibər, ərik kimi qidaları süfrənizdən əskik etməyin. Bu qidalar dərinin rəngini uzun müddət mühafizə edəcək.
Ləman Sultan
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar














.jpg)







.jpg)















