Gözəllik
Qarışıq dəri tipi üçün evdə edə biləcəyiniz qulluq qaydaları
Qarışıq dəri tipinə qulluq etmək çox çətindir. Çünki dərinin T bölgəsi, yəni alın, burun və çənədə yağlılıq hiss edildiyi halda, yanaqlarda quruluq, dartılma olur. Ona görə də belə dəri tipinə yağlarla və ya yağlılığı nəzarət altına alan vasitələrlə qulluq etmək olmur.
Publika.az qarışıq dəri tipi üçün evdə hazırlaya biləcəyiniz maskalar sayəsində dəriniz qüsursuz görünəcək.
Papaya və bananlı limon şirəsi
Bananla papaya dərini nəmləndirən ən yaxşı vasitələrdən biridir. Limon şirəsi dərinizin yağlı olan bölgələrini müəyyən qədər qurudacaq, bananla papaya isə onu nəmlə təmin edəcək. Beləliklə, qüsursuz dəriyə qovuşacaqsınız.
Bir qabın içərisinə bir az banan, bir az da papaya əlavə edib əzin. Bu pürenin üzərinə yarım limonun şirəsini əlavə edin. Qarışığı üzünüzə çəkib quruyana qədər gözləyin. Daha sonra üzünüzü ilıq su ilə yuyun.
Portağal qabığı və kəsmiklə maska
Portağal dərini C vitamini ilə təmin edir. Kəsmik isə dərini nəmləndirir və möhkəmləndirir. Qurudulmuş portağal qabığını yaxşıca əzin və içərisinə bir az kəsmik əlavə edib məcun halına gətirin. Qarışığı üzünüzə çəkib 20 dəqiqə gözləyin. Üzünüzü ilıq su ilə təmizləyin.
Xiyarlı bal maskası
Bu maskanın tərkibindəki bal dəriyə elastiklik bəxş edir və onu gəncləşdirir. Xiyar isə dərini nəm ilə təmin edir. Xiyarı rəndələyib suyunu sıxın. Xiyar şirəsinin üzərinə bir az bal əlavə edib qarışdırın. Maskanı təmiz dəriyə çəkin. Quruduqdan sonra üzünüzü soyuq su ilə yuyun.
Qeyd edək ki, hər üç maskanı həftədə iki dəfə çəkmək lazımdır. Bu maskalardan birini seçə və ya hər üç maskanı sınaqdan çıxara bilərsiniz.
Ləman Sultan
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı













.jpg)



.jpg)


.png)


.jpg)
















