Gözəllik
Makiyajla gözləri iri göstərmək üçün 8 ipucu + VİDEO
Gözlərinizi daha iri və cəlbedici göstərmək istəyirsiniz?
Elə isə Publika.az-ın 8 məsləhətinə əməl edin.
1. Makiyaj üçün əsas
Gözləri gözəlləşdirməyə makiyaj üçün əsas çəkərək başlayın. Bu, göz kölgəsinin daha gözəl görünməsini və davamlı olmasını təmin edəcək.
2. Mükəmməl göz kölgəsi
Gözlərinizi olduğundan daha iri göstərmək üçün göz qapaqlarınıza dəri tonunuzdan 3-4 ton açıq, bej rəngli göz kölgəsi çəkin. Gözlərinizin içinə isə ağ rəngli qələm çəkə bilərsiniz. Bu gözlərinizi iriləşdirməklə yanaşı, daha gənc görünməyinizi təmin edəcək.
3. Qıvırın
İri gözlərə qovuşmaq üçün kirpik qıvırıcıdan istifadə edin. Kirpiklərinizi dibindən qıvırın.
4. Keyfiyyətli tuş
Yaxşı tuş mükəmməl makiyaja qovuşmaq üçün sehirli çubuq vəzifəsini yerinə yetirir. Əgər doğru tuşu tapa bilsəniz, gözlərinizi daha iri və cəlbedici göstərə bilərsiniz. Əgər qıvrım kirpiklər istəyirsinizsə, tuşu 2-3 qat çəkin.
5. Tünd kölgələri yox edin
Göz altındakı torbaları və qara kölgələri keyfiyyətli korrektor ilə yox edin. Korrektoru çəkib yaydıqdan sonra üzərindən parlaqlıq bəxş edən şəffaf pudra çəkin.
6. Göz cizgilərini vurğulayın
Mükəmməl makiyajda gözləri vurğulamaq lazımdır. Bunun üçün açıq-qəhvəyi çalarında olan göz kölgəsi ilə göz qapaqlarınızı boyayın. Daha tünd çalarda olan göz kölgəsini isə gözlərin kənarlarını V formasında boyamaq üçün istifadə edin. Alt kirpik diblərinə də tünd rəngli göz kölgəsindən çəkə bilərsiniz.
7. Qaşlarınızı vurğulayın
Gözəl qaşlar həm üz cizgilərini daha cəlbedici göstərir, həm də diqqəti gözlərə çəkir. Qalın qaşlar sizi daha məsum və gənc göstərəcək. Qaşlarınıza forma vermək üçün xüsusi qaş kölgələrindən, qaş tuşundan və ya qaş qələmindən istifadə edə bilərsiniz.
8. Göz qələmi və ya layner
Gur kirpiklər gözlərin daha iri görünməsini təmin edir. Kirpiklərinizi gur göstərmək üçün üst kirpik diblərinə qələmlə və ya laynerlə nazik, düz xətt çəkin.
Ləman Sultan
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)

.jpg)



.jpg)


.png)

.jpg)
















