• USD 1,7000 0,00% EUR 1,9068 -0,30%
    • GBP 2,1994 -0,39% RUB 0,0267 +0,37%

Payızın trend dırnaq boyaları – FOTOLAR

Payızın trend dırnaq boyaları – FOTOLAR

Heç bir qadın dırnaq boyası çəkmədən evdən çıxmaq istəməz. Dırnaq boyalarını, adətən, geyimlərimizə və ya əhval-ruhiyyəmizə uyğun seçirik. Ancaq dırnaq boyası seçərkən mövsümü də nəzərə almaq lazımdır. Yay aylarında əlvan, parlaq rənglər dəbdə olduğu halda, payız mövsümündə solğun, soyuq çalarlar dəbə minir.

Publika.az fəslin ən trend dırnaq boyalarını seçib. Alış-verişə çıxarkən bu məsləhətləri nəzərə alın.

Payız aylarında ən çox tünd-qırmızı çalarlardakı dırnaq boyalarını görəcəyik. Həmçinin parıltılı, qırmızı tonları da dəbdə olacaq. Qaraya çalan tünd albalı rəngi isə payıza damğa vuracaq. Payız mövsümünün vazkeçilməzi olan nyud və bej çalarlarında olan dırnaq boyalarına da üstünlük verə bilərsiniz.

Soyuq hava ilə möhtəşəm ahəng yaradan göy rəng dırnaqda çox gözəl görünür. Göy rəngli dırnaq boyasını cins kombinləri ilə yanaşı, qara, ağ rəngin üstünlük təşkil etdiyi geyimlərinizlə də uyğunlaşdıra bilərsiniz.

Payız aylarında metal effektli dırnaq boyaları yenidən trend olacaq. Ayna effekti verən qızılı, gümüşü və ya mis rəngli dırnaq boyalarını siz də sınaqdan keçirin. Belə dırnaq boyalarını hər cür geyimlə uyğunlaşdırmaq olar.

Mövsümün ən çox diqqətçəkənləri arasında tünd-yaşıl, yəni zümrüd rəngində olan dırnaq boyaları da yer alır. Bunlar payızın simvolu hesab edilən qəhvəyi və nyud rəngli geyimlərlə çox yaraşır.

Əgər rəngli dırnaq boyaları çəkməyi xoşlamırsınızsa, boz rəngə üstünlük verə bilərsiniz. Qaraya çalan tünd-boz çalarda olan dırnaq boyaları stilinizi vurğulayacaq.

Bu il dırnaq boyalarında ən çox diqqətçəkən nüanslardan biri də onların çox qeyri-adi rəng çalarlarında olmalarıdır. Məsələn, bozla mavi və ya bozla yaşıl rəngin qarışığından əldə edilən solğun rənglər çox gözəl görünür. “Chanel” brendinin mövsüm üçün nəzərdə tutduğu dırnaq boyalarının əksəriyyəti belədir.

Brendin diktə etdiyi digər tendensiya isə neft effektli dırnaq boyalarıdır. Eynilə neft kimi göyqurşağı rənglərini əks etdirən bu dırnaq boyaları olduqca maraqlı görünür.

Yay aylarında dəbi ələ keçirən “nail art”, yəni dırnaqboyama sənəti payızda da yüksəlişinə davam edir. İçərisində xırda zərlər, simlər, muncuqlar olan dırnaq boyları ala bilərsiniz. Bunları həm tək qat çəkmək olur, həm də istənilən rəng dırnaq boyasının üzərindən çəkərək maraqlı kombinasiyalar əldə etmək mümkündür.

Ləman Sultan

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR