Gözəllik
Dəri rənginə uyğun ənlik seçin
Ənlik bəzən kiçik toxunuşla makiyajda böyük fərq yarada bilər. Belə ki, bu kosmetik vasitə almacıq sümüklərini vurğulayaraq, üzü daha cazibədar göstərir. Maksimum effekt əldə etmək üçün ənliyin dəri rəngi ilə uzlaşması şərtdir. Bəs, sizin üçün uyğun ənlik hansıdır?
Publika.az-ın bu yazısı dəri rənginizə uyğun gələn ənliyi tapmağa kömək edə bilər.
Ağbəniz dərili xanımlar
Ağbəniz xanımlara açıq çəhrayı, şaftalı tonları, o cümlədən narıncı ənlik çox yaraşır. Bu ənlik ağappaq dərini ideal şəkildə vurğulayıb gözəlliyinizi üzə çıxaracaq. Lakin kifayət qədər diqqət çəkdiyi üçün həddinizi aşmayın ki, təlxəyə oxşamayasınız.
Qarabuğdayı xanımlar
Qarabuğdayı xanımlara da çəhrayı tonlarında ənliklər çox yaraşır. Ağbəniz xanımlardan fərqli olaraq, qarabuğdayılar çəhrayının daha tünd tonlarından istifadə etməlidir.
Əsmər xanımlar
Əsmər xanımlar üçün ən ideal ənliklər tünd qırmızı, o cümlədən qəhvəyi tonlardır. Bu tonlar əsmərlərin gözəlliyini ön plana çıxarıb cəsur qadın obrazı yaradacaq.
Aytən
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı

















.png)

.jpg)


.jpg)
















