Gözəllik
Bu payızın dəbli saç düzümləri – FOTOLAR
Dəb tendensiyaları bu payız xanımlar üçün bir neçə saç düzümləri təklif edirlər. Həmin saç düzümlərinin əsas ideyası zəriflik və romantiklikdir.
Publika.az-ın gözəllik bölməsi xəbər verir ki, bu payız həm uzun, həm də qısa saçlar eyni dərəcədə dəbdədir. Ona görə də öz zövqünüzə uyğun saç düzümü seçməkdə çətinlik çəkməyəcəksiniz.
Yan tərəfə atılmış uzun saçlar payız aylarının əsas trendidir!
Heç kimə sirr deyil ki, ötən illərin dəbi yenidən qayıdır. Məsələn, 70-ci illərin yana tökülmüş saç dəbi bu mövsüm yenidən gündəmdədir. Bu saç düzümü retro üslubunu mükəmməl şəkildə tamamlayacaq.
Bob saçlar
Bob - orta uzunluqda, üstəgəl, dalğalı təsir bağışlayan saçlar bu il də dəbdə olacaq. Cessika Alba bu mənada sizə yaxşı nümunə ola bilər. Bob saçları dalğalı etmək sizin ən çox 10 dəqiqənizi alacaq.
Uzun kəkillər
2000-ci illərdə bir çox Hollivud ulduzlarının üstünlük verdiyi uzun kəkillər yenə dəbdədir. Yayı arxada qoyduğumuz üçün bu saçlarla gəzmək sizə narahatlıq yaratmayacaq.
Dağınıq toppuz
Arxada toplanmış dağınıq toppuz həm işgüzar, həm də gündəlik tərz üçün idealdır. Əgər işdən sonra qonaqlığa getməyi planlaşdırırsınızsa, həmin saç düzümünə aksessuarla bəzək vurun.
Aytən
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı

















.png)

.jpg)


.jpg)
















