Gözəllik
Portağal qabığından hazırlanan möcüzəvi maska
Portağalın qabığı C vitamini və antioksidantlarla zəngindir. Hətta qabığı lətli hissəsindən də faydalıdır. Ona görə də qabığın tərkibindəki antioksidantlar dərinin daha gənc görünməsini təmin edir, yaşlılıq əlamətlərini aradan qaldırır. Portağal qabığının tərkibindəki turşular sayəsində dəri ölü hüceyrələrdən təmizlənir, dəri daha parlaq və hamar görünür.
Publika.az portağal qabığından maska hazırlamaq üsulunu təqdim edir:
Bu maska sayəsində sızanaqlardan xilas olacaq məsamələrin daraldığını, qara nöqtələrin azaldığını müşahidə edəcəksiniz. Maska hər dəri tipi üçün uyğun olsa da, əsasən, yağlı üz dərisinə sahib olanlara məsləhət görülür.
Tərkibi:
3 ədəd portağal
2 çay qaşığı qatıq
1 çay qaşığı bal
Hazırlanması və tətbiqi:
Portağalın qabığını soyun, xırda-xırda doğrayıb yuyun. 3 gün günəşin altında saxlayıb qurudun. Qeyd edək ki, apteklərdə hazır şəkildə qurudulmuş portağal qabığı satılır. İstəsəniz, ondan da istifadə edə bilərsiniz.
Qabıqları blenderdən keçirərək toz halına salın. 2 çay qaşığı portağal qabığı ilə qatığı və balı qarışdırın.
Maskanı təmiz dəriyə çəkib 15-20 dəqiqə gözləyin. İlıq su ilə təmizləyin. Daha sonra üzünüzə 3-4 dəfə buz kimi soyuq su vurun.
Bu maskanı həftədə 2-3 dəfə çəkmək lazımdır.
Ləman Sultan
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı

















.png)

.jpg)


.jpg)
















