Avokado tumunun gözəllik sektorunda əhəmiyyəti
Bizi izləyin

Gözəllik

Avokado tumunun gözəllik sektorunda əhəmiyyəti

Avokado həm ləzzətli, həm də sağlamlıq üçün çox faydalı meyvədir. Avokadonun tumu da ən az meyvəsi qədər xeyirlidir. Çünki bu ekzotik meyvənin tərkibindəki amin turşularının 70 faizi tumunda cəmlənib. Ona görə də avokado tumundan, xüsusilə gözəllik sektorunda geniş istifadə olunur. Bu meyvənin tumu dəri problemlərini aradan qaldırmaq, dərini gəncləşdirmək kimi xüsusiyyətlərə malikdir.

Publika.az-ın gözəllik bölməsi bu yazıda avokado tumunun nələrə xeyirli olduğunu və hansı məqsədlərlə istifadə edildiyini araşdırıb.

Faydaları:

Antioksidantdır: Hüceyrələri qocalmaqdan qoruyur.

Tərkibindəki amin turşusu sayəsində ürək və damar xəstəliklərinin qarşısını alır: Yüksək xolesterin və koronar xəstəliyini önləmək üçün mükəmməldir.

Bədənin müqavimətini artırmağa, mikrob, göbələk və parazitlərdən qaynaqlanan xəstəliklərə qarşı mübarizə aparmağa yardım edir.

Yağları yandırır: meyvənin tumu da özü kimi liflə zəngindir. Həmin liflər sayəsində də bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Qanaxmanı dayandıran, ishal və mədə-bağırsaq kanalı iltihabının müalicəsi üçün mükəmməldir.

Afrodizyak təsiri sayəsində libidonu yüksəldir.

Yorğunluq və stresi aradan qaldıraraq, bədənə enerji verir.

Oynaq və əzələ ağrılarına qarşı tətbiq edildikdə ağrıları sakitləşdirir, həmçinin ləkələri və çibanı qısa müddətdə qurudub məhv edir.

Kollagen istehsalını artırdığı üçün cavanlaşdırıcı xüsusiyyəti ilə məşhurdur.

Acı və kəskin dadı olan avokado tumunu istehlak etməzdən əvvəl nazik qəhvəyi qabığını soyun, rəndələyin. İstəyə görə zəif odda qəhvəyiləşənə qədər qovurmaq da olar.

Dəmləmə: 10 dəqiqə qaynadıb 5 dəqiqə dəmlənməsini gözləyin və gün ərzində için.

Salatlarda, şorbalarda, plovlarda, makaron və s. dad olaraq istifadə etmək olar.

Tumunu qovurduqdan sonra üyüdüb toz halında da istifadə edə bilərsiniz.

İstifadə qaydası

Tumları əzib spirtlə qarışdırın və qarışığı ən az bir həftə sərin yerdə saxlayın. Daha sonra bu spirti oynaq və əzələ ağrılarına çəkib masaj edin. Miqren ağrılarına yaxşı təsirini hiss edəcəksiniz.

Dəri ləkələri və çibanları qurutmaq üçün avokado tumunu ilıq su ilə qarışdırın. Bu kremi dərinizə iki qat sürtün və 5-10 dəqiqə quruyana qədər gözləyin. Sağalana qədər hər gün çəkin.

Avokado tumunun iri üyüdülmüş tozundan skrab kimi istifadə edərək dərini ölü hüceyrələrdən təmizləyə bilərsiniz.

Parlaq saçlara sahib olmaq və kəpəklərdən qurtulmaq üçün maska resepti:

Avokado tumunu qovurmayın, çiy qalsın. Onu hind yağı ilə qarışdırıb bir gün saxlayın. Daha sonra qarışığı baş dərinizə sürtüb ovun. Başınızı dəsmal və ya streçlə bağlayıb yarım saat gözləyin. 30 dəqiqədən sonra saçları yaxşıca yaxalayın. Yeri gəlmişkən qeyd edək ki, yağlı saçlara sahib olan xanımlara bu maska məsləhət deyil.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm