Gözəllik
Estetik cərrahiyyədə yeni üsul: batıq yanaqlar
Tibbin, xüsusən də estetik cərrahiyyənin inkişafı qadınları daha çox sevindirir. Çünki estetik cərrahiyyə sayəsində qadınlar qüsurlardan xilas ola, arzuladıqları görünüşə nail ola bilirlər. Pulu və cəsarəti olan hər kəsin bədənində istədiyi dəyişikliyi etmək imkanı var.
Estetik müdaxilələr nəticəsində böyük burundan, qırışlardan xilas olmaq, dodaqları böyütmək, saç əkdirmək, qaşları permanent üsulu ilə qalınlaşdırmaq, bir sözlə, üzü tamamilə dəyişdirmək mümkündür.
Publika.az xəbər verir ki, son illərdə daha bir estetik cərrahiyyə üsulu inkişaf etdirilib. Bu üsul batıq yanaq estetik əməliyyatı adlanır. Estetik cərrahların proqnozlarına görə, cərrahiyyə üsulu ilə yanaqlarda batıq düzəltmək qızlar arasında tezliklə dəbə minəcək. Bunun səbəbi isə yanaqda batıqların qızları çox şirin və cazibədar göstərməsidir.
Estetik və Plastik Cərrahiyyə üzrə mütəxəssis Aysun Bölükbaşı Mamak bildirib ki, qızları cazibədar və şirin göstərən batıq yanaqlara sahib olmaq elə də çətin deyil. Belə ki, bu əməliyyat 15 dəqiqəyə aparılır. Batıq yaratmaq əməliyyatının kiçik və ağrısız bir proses olduğunu qeyd edən mütəxəssis üzdə batıqların yaradılması üçün yanaq dərisi altındakı bir miqdar toxumanın çıxarıldığını deyib.
Mütəxəssis Aysun Bölükbaşı Mamakın sözlərinə görə, batıq yanaq əməliyyatına daha çox qızlar maraq göstərirlər. Amma kişilər də bu əməliyyata biganə qalmırlar. Belə ki, kişilər batıqların yanaqlarında deyil, çənələrində olması üçün həkimlərə müraciət edirlər. Ona görə də yeni üsulla həm qadınlar, həm də kişilər öz arzularını reallaşdıra biləcəklər.
Aysun Bölükbaşı Mamak onu da vurğulayıb ki, yanaq və çənədə batıqları olanlar bəzi cəmiyyətlərdə şanslı hesab olunur.
Aytən
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava



































.jpg)
