Günəbaxan yağı ilə gözəlləş!
Bizi izləyin

Gözəllik

Günəbaxan yağı ilə gözəlləş!

Günəbaxan yağı özünə qulluq etmək istəyənlər üçün ən yaxşı köməkçidir. Sərfəli qiymətinə baxmayaraq, o, bir çox bahalı yağdan daha təsirlidir. Odur ki, günəbaxan yağı ilə üz və bədən dərisinə, həmçinin saçlara qulluq etmək olar.

Günəbaxan yağı sızanaqların qarşısını alır, ekzemaya, dəri qızartılarına, yara izlərinə, qaşıntıya yaxşı təsir edir.

Publika.az günəbaxan yağlı ilə qulluq qaydalarını təqdim edir:

1. Üzdəki qırışları aç!

Gözəllik məhsullarının bir çoxunun tərkibinə günəbaxan yağı əlavə edilir. Bu yağın tərkibində A, E, C və D vitaminləri var.

Günəbaxan yağını üzə çəkdikdə dərini nəmləndirir, tərkibindəki antioksidantlar qırışları açır.

2. Sızanaqlarla mübarizə et!

Yağın tərkibində olan antioksidantlar, yağ turşuları və vitaminlər sızanaqların yaranmasının qarşısını alır. Günəbaxan yağı sızanağa səbəb olan bakteriyaları məhv edir. Üz dəriniz quru və ya normaldırsa, günəbaxan yağını bütün üzə çəkə bilərsiniz. Yağlı və ya qarışıq dəri tipinə sahib olanlar isə yağı pambıqla sızanaqlara çəkə bilərlər.

3. Göz kremi kimi istifadə et!

Gecə yatmazdan öncə pambıqla göz ətrafına günəbaxan yağı çəksəniz, dərini nəmləndirib yaşlanma əlamətlərini aradan qaldıracaq.

4. Yaşlanmanın qarşısını alan maska hazırla!

3 xörək qaşığı qatığa 2 xörək qaşığı limon şirəsi və 3 xörək qaşığı günəbaxan yağı qatıb maska hazırlayın. Maskanı üzünüzə çəkib 20 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yuyun.

Maskanın tərkibindəki qatıq ölü dəri hüceyrələrini təmizləyəcək, günəbaxan yağı dərini nəmləndirəcək, limon şirəsi isə dərinin daha təravətli görünməsinə səbəb olacaq.

5. Günəşin zərərli şüalarından müdafiə olun!

Günəşin ultrabənövşəyi şüaları bizi qocaldır və orqanizmin xəstələnməsinə səbəb olur. Adətən, günəşdən müdafiə olunmaq üçün xüsusi kremlərdən istifadə edirik. Ancaq daxili orqanlarımızı da qorumalıyıq. Bunun üçün yeməkləri günəbaxan yağı ilə bişirmək kifayətdir. Çünki bu yağ daxili orqanları günəşin orqanizmə verdiyi zərərlərdən qoruyur. Beta-karotin qaynağı olan həmin yağ sayəsində dərinizin günəşə qarşı həssaslığı azalacaq.

6. Saça qulluq et!

Saç tökülməsinə qarşı günəbaxan yağından istifadə etmək olar. Həftədə bir dəfə günəbaxan yağı ilə saç dərisini masaj etmək və 1 saat gözlədikdən sonra saçları yumaq yaxşı nəticə verə bilər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm