Gözəllik
Topuqlardakı çatları yox edən ən təsirli ayaq maskaları
Ev şəraitində hazırlanan təbii maskalarla ayaqlardakı çatlardan xilas olmaq mümkündür.
Publika.az ən təsirli ayaq maskalarını təqdim edir:
Limonlu qliserin maskası
Bir ləyənin içərisinə ilıq su, az miqdarda duz, limon şirəsi, qliserin və gülab tökün. Ayaqlarınızı bu suyun içərisində 15-20 dəqiqə saxlayın. Daha sonra topuqlarınızı daş ilə təmizləyin. 1 çay qaşığı qliserinlə 1 çay qaşığı gülabı qarışdırıb ayaqlarınıza çəkin. Corab geyinin və yatın. Səhər ayaqlarınızı ilıq su ilə yuyun. Bu prosesi 3 gün davam etdirsəniz, topuqlarınız yumşalacaq, çatlar yox olacaq.
Bananlı, avokadolu maska
Dəymiş, bir az qaralmış bananı əzin, üzərinə yarım avokadonu əlavə edib blenderdən keçirin. Qarışığı ayaqlarınıza çəkib 10 dəqiqə gözləyin. Daha sonra ayaqlarınızı ilıq su ilə yuyub yaxşıca qurulayın. Dərini qidalandıran keyfiyyətli ayaq kremi çəkin.
Limonlu vazelin maskası
Yatmazdan əvvəl ayaqlarınızı 15-20 dəqiqə ilıq suda saxlayın. Daha sonra ayaqlarınızı yaxşıca qurulayıb bir çay qaşığı vazelinlə 1 çay qaşığı limon şirəsindən əldə etdiyiniz maskanı çəkin. Masaj edərək maskanın dəriyə hopmasını təmin edin. Corab geyinib yatın. Səhər ayaqlarınızı ilıq su ilə təmizləyin. Çatlar yox olub, topuqlarınız yumşalana qədər maskanı çəkin.
Ləman Sultan
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ












.jpg)





.jpg)




.jpg)















