Gözəllik
Dırnaqların gec uzanmasının səbəbi nədir? - FOTOLAR
Mövsüm dəyişikliyi zamanı xanımları narahat edən problemlərdən biri də dırnaqların gec uzanması və tez qırılmasıdır. Mütəxəssislər bildirirlər ki, dırnaqların gec uzanmasının səbəbləri müxtəlif ola bilər. Publika.az dırnaqların gec uzanmasının əsas səbəblərini bu yazıda izah edib.
Dırnaqların gec uzanmasının ən əhəmiyyətli səbəbi dırnaq kökündə yerləşən təbəqənin inkişaf etməməsidir. Limfa və qan damarlarından yaranan matrix təbəqəsi hüceyrələrinin yenidən qurulmasını və sərtləşməsini təmin edərək yeni dırnaq əmələ gətirir. Matrix təbəqəsi yaxşı qidalandığı müddət ərzində böyüməyə davam edir.
İnsanlarda dırnaqlar gündə təxminən 0.1 millimetr, 100 gündə isə 1 santimetrə qədər uzanır. Əl dırnaqları 4-6 aya, ayaq dırnaqları isə 12-18 aya tamamilə yenilənir.
Dırnaqların gec uzanmasının bir digər səbəbi isə B7 kimi tanınan biotin çatışmazlığıdır. Biotin çatışmazlığı nəticəsində dırnaqlar kövrəlir, qırılır. Biotin ehtiyacını tam buğda, yumurta sarısı, toyuq və quzu əti, balıq, süd və pendir kimi qidalarla qarşılayın. Siz dırnaqlara qulluq etmək üçün tərkibində xüsusi komponentlər olan dərmanlar da qəbul edə bilərsiniz. Qeyd edək ki, biotin çatışmazlığından yalnız dırnaqların uzanması ləngimir, eyni zamanda saç telləri də nazikləşir və tökülməyə başlayır.
Dırnaqların daha sürətli uzanması üçün əllər mütləq su ilə təmas etməlidir. Zeytun yağı ilə limon və ya sirkə ilə duz maskası sayəsində dırnaqların daha güclü olmasını təmin edə bilərsiniz.
Unutmayın ki, düzgün şəkildə qidalandıqda, vitamin və minerallar (vitamin A və E, kalsium və dəmir) qəbul etdikdə dırnaqlar və saçlar möhkəm və parıltılı olur. E vitamini hüceyrələri oksigenlə zənginləşdirir, dırnaqların uzanmasını sürətləndirir. Əgər dırnaqlarınız quru və zəifdirsə, rasionunuzu mütləq dəyişin. Dırnaqlar qarşısı çox çətin alınan mənfi amillər nəticəsində qırılır, möhkəmliyini itirir. Lakin əgər siz yuxarıdakı məsləhətlərə riayət etsəniz, dırnaqlarınız və saçlarınız sizi utandırmayacaq.
Aytən
-
İdman00:30Nişanından bir ay keçməmiş həbs olundu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əla imkanlar yaranacaq
-
Hadisə6 İyun 23:48Xırdalanda həyəcanlı anlar: Qadın belə xilas edildi - VİDEO
-
Avropa6 İyun 23:12Merts Merkelin şüarını mənimsədi
-
Sosial6 İyun 22:36Azovda həlak olan kapitanın həyat yoldaşı danışdı - VİDEO
-
Elm və təhsil6 İyun 21:48Sosial şəbəkələri silkələyən görüntü: Həmin müəllim cəzalandırıldı - FOTO
-
Magazin16 İyun 21:36"İlk dəfədir belə pul görürdüm, cibim partlayırdı"
-
Sosial6 İyun 21:24Leyla Əliyeva həmin məşhur şeiri səsləndirdi - VİDEO
















.jpg)




















