Gözəllik
Retrosayağı saçlarla göz qamaşdırın - FOTOLAR
Retro saç düzümü ötən əsrə aid olsa da, dalğalı tellər hər zaman aktualdır.
Publika.az-ın gözəllik bölməsi xəbər verir ki, dizaynerlər kimi saç ustaları da bu il yenə keçmişdən ilhamlanıblar.
Merilin Monronun moda tarixinə düşmüş və klassikləşmiş retrosayağı saçlarına hər zaman heyranlıqla baxırıq. Lakin onlar ötən illərlə müqayisədə xeyli dəyişikliyə məruz qalıb. Buruqların formasında fərqlilik hiss olunur. Retro saçları müasirləşdirmək hər zaman üçün yaxşı fikirdir. Biz gecənin ulduzu olmaq istəyən orijinal qızlara 50-ci illərin seks simvolu Merilin Monronun orta uzunluqda dalğalı saç düzümünü təklif edirik.
Retro saç üslubunun qaydaları:
Saçlar bir tərəfə daranır.
Mütləq dalğalı buruqlar şəklində olur.
Buruqlar yumşaq deyil, daha kəskin formada düzəldilir.
Kəkil saxlamaq qətiyyən olmaz. Onlar saç lakı vasitəsi ilə arxaya daranır, yaxud da dairəvi şəkildə burulur.
Saçlardakı buruqlar iri olur. Qıvrım saçlar retro üslubu sayılmır.
Dünya şöhrətli ulduzların da qırmızı xalı mərasimlərinə, axşam dəvətlərinə retro saç düzümündə təşrif buyurmaq xoşlarına gəlir. Retro saç tərzinə ən çox müraciət edən məşhurlar arasında Rihanna, Belyk Layvli, Lena Del Rey, Teylor Svift və başqalarını misal çəkmək olar.
Aytən
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
























.jpg)















