Gözəllik
Sallanmış yanaqlar üçün təbii botoks effekti verən üsullar
İnsan yaşlandıqca illər öz təsirini dəridə göstərməyə başlayır: yanaqlar sallanır, dəridə qırışlar əmələ gəlir və s. İmkanı olan qadınlar bu problemi plastik əməliyyat vasitəsi ilə həll edirlər. Bəs yanaqların sallanmasının qarşısını təbii üsulla almaq mümkündürmü? Bəli, sallanmanın qarşısını almaq da, sallanmanı minimuma endirmək də mümkündür.
Publika.az bunun üçün ipuclarını təqdim edir:
20 yaş qadın ömrünün ən gözəl illəridir. Bu yaş dövründə dəri ilə bağlı çox az problem olduğu üçün gənc qalmaq haqqında düşünmürük. Halbuki 40 yaşında da gənc görünmək istəyirsinizsə, profilaktik tədbirlərə gənclik illərindən başlamalısınız.
Dolğun yanaq
Bir güzgünün qarşısında dayanın və 10 saniyə ərzində yanaqlarınızı şişirdib gülümsəyin, sonra yanaqları boşaldın. Bu hərəkəti 5 dəfə təkrar edin.
Başqa bir üsul: Yanaqları şişirdirib hava ilə doldurun. Bu şəkildə yenə 10 saniyə dayanın və boşaldın. Hərəkəti 5 dəfə təkrar etməlisiniz.
Avokado və bal maskası
Avokado dəri üçün olduqca faydalı bitkidir. O, dərini həm dartır, həm də nəmləndirici xüsusiyyətə malikdir. Dərini qidalandırdığı üçün qırışların yaranmasının qarşısını alır və əzələləri möhkəmləndirir. Yarım avokadonun içini ovub iki xörək qaşığı bal ilə yaxşıca qarışdırın. Bu kremi yanaqlarda 15 dəqiqə saxlayın. Bunu yatmazdan əvvəl etmək tövsiyə olunur. 15 dəqiqə saxladıqdan sonra üzünüzü ilıq su ilə yaxalayın.
Aloe Vera
Aloe vera maskası dərini dartıb sallanmasının qarşısını alır. Bundan başqa dəri problemlərini, xüsusən də, yanıqları yaxşılaşdırır.
Kosmetoloqların sözlərinə görə, bu maska botoks effektinə malik olduğu üçün əsl möcüzə sayılır. 4 xörək qaşığı qatıq ilə iki yemək qaşığı aloe veranı qarışdırıb gel halına gətirin. Yanaqlara çəkib 20 dəqiqə gözləyin. Bunu hər gün tətbiq etdikdə dəridə sallanmalar yox olacaq.
Çəkinin artıb azalması, sözsüz ki, ilk növbədə yanaqlarda hiss olunur. Qəfildən arıqlayan insanın yanaqları sallanmağa doğru gedir. Buna görə də, sağlam qidalanmağa və çəkini sabit saxlamağa çalışın.
Dərinin nəm ehtiyacını ödəmək üçün gün ərzində 1.5-2 litr su için.
Aytən
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU






































