Gözəllik
Şəlpə qulaqlar artıq əməliyyatsız düzəldilir
İnsanda özünə inamsızlıq yaradan şəlpə qulaq problemi artıq əməliyyatsız üsulla düzəldilə bilir. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu problemi aradan qaldırmaq üçün tibbi saplardan istifadə olunur.
Türkiyəli estetik cərrah Bülənd Cihantimurun sözlərinə görə, insanlar cəmiyyət içində özlərini bu şəkildə rahat hiss etmədikləri üçün həkimə müraciət edirlər. O “Şəlpə qulaq problemi genetik problemdir. Bu zaman qulaq qığırdağı düzgün inkişaf etmir və normadan artıq böyüməyə başlayır. Eyni zamanda bu hal hər iki qulaqda bir-birindən fərqli şəkildə müşahidə oluna bilər” – deyə bildirib.
Cihantimur bildirib ki, şəlpəqulaqlar tibbi saplarla kiçik estetik müdaxilə ilə düzəldilir. Həkim “Bu zaman xəstənin sosial həyatından ayrılmasına gərək qalmır və tez sağalır. Əməliyyat lokal anesteziya altında həyata keçirilir. Bədənə hər hansı bir zərəri olmayan tibbi saplardan qulaq qığırdağının kəlləyə yaxınlaşdırılması üçün istifadə edilir. Saplar xüsusi qeyd olunmuş yerlərə yerləşdirilir.
Əməliyyat son dərəcə praktikdir. Kiçik estetik müdaxilə bitdikdən sonra sonra xəstənin başına yalnız saç bantı bağlanılır və yola salınır. Müasir insan həyatı çox aktiv və gərgindir. Artıq insanların estetik əməliyyatlara xüsusi vaxt ayırmalarına imkanları yoxdur. Dərhal sağalmaq və xəstəxanadan çıxmaq istəyirlər. Bu üsulun xəstəyə uyğun olub-olmadığını başa düşmək üçün müayinə olmanız lazımdır. Başa taxılan bant, sadəcə, bir neçə gün qulaqları mümkün xarici təsirlərdən qorumaq üçün taxılır” – söyləyib.
Aytən
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
























.jpg)















