Gözəllik
Payız makiyajı necə olmalıdır?
Adətən, makiyaj edərkən dəri və göz rəngimizə uyğun çalarlara üstünlük veririk. Ancaq vizajistlər bildirirlər ki, eyni zamanda fəsli və hava şəraitini də nəzərə almaq lazımdır.
Publika.az mükəmməl payız makiyajı üçün əməl etməli olduğunuz qaydaları təqdim edir:
Bu ilin payız mövsümü üçün ən dəbli rənglərin şərab, qəhvəyi və zoğalı olduğu müəyyənləşdirilib.
Bu da təsadüfi deyil. Makiyajınız payızın rəmzinə çevrilən tökülmüş yarpaqların, çiskin havanın yaratdığı dincliklə harmoniya təşkil etməlidir.
Şaftalı çalarında ənliklər
İşıltılı, açıq şaftalı rəngli ənliklər seçin. Belə ənlik sizi daha gənc və enerjili göstərəcək. Dəri tonunuzu nəzərə alaraq gül qurusu rəngində olan ənlik də çəkə bilərsiniz.
Gözlərdə qəhvəyi və zoğalı kölgələr
Göz makiyajında isə ən trend rənglərə - yəni qəhvəyi və zoğalıya üstünlük verin. Bu rənglərdə göz kölgəsi çəkdikdən sonra gözlərinizi ön plana çıxarmaq üçün kirpik dibləri üçün layner və ya göz qələmindən istifadə edə bilərsiniz.
Xüsusi gecələrdə də bu çalar köməyinizə gələcək. Dəvətlərə gedərkən qəhvəyi və zoğalı kölgələrlə dumanlı göz makiyajı etmək olar. Unutmayın ki, tünd rəngli kölgələrdən istifadə etdikdə dodaqlara nəzərəçarpmayan, solğun dodaq boyaları çəkilməlidir.
Dodaqlar cəzb edir
Göz makiyajınızı sadə edib əsas diqqəti dodaqlara vurğulaya bilərsiniz. Bunun üçün payızın əsas trendlərindən olan tünd rəngli dodaq boyalarına müraciət edin. Dodaq makiyajında da yenə zoğalı, qırmızı, qəhvəyi rənglər ön plandadır. Dodaqlarınızı dodaq qələmi ilə haşiyəyə alaraq daha cazibədar görünə bilərsiniz.
Yağışı sev!
Yağış bir çoxumuzun ürəyində romantik hisslər oyatsa da, makiyajımızı və saç düzümümüzü məhv etdiyi üçün ondan qorunmağa can atırıq. Belə havalarda makiyaj edərkən bəzi nüanslara diqqət yetirsəniz, gününüz problemsiz keçəcək.
Belə günlərdə makiyaj əsası çəkməyi unutmayın. Tonal krem əvəzinə BB və ya CC krem çəkin. Mümkündürsə, suyadavamlı məhsullardan istifadə edin. Sonda 15 santimetr uzaqlıqdan üzünüzə makiyajı sabitləyən sprey püskürdün.
Bu məsləhətlərə əməl etsəniz, yağışlı və soyuq havalarda da gözəlliyinizlə hamını özünüzə heyran qoyacaqsınız.
Ləman Sultan
-
İdman00:30Nişanından bir ay keçməmiş həbs olundu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əla imkanlar yaranacaq
-
Hadisə6 İyun 23:48Xırdalanda həyəcanlı anlar: Qadın belə xilas edildi - VİDEO
-
Avropa6 İyun 23:12Merts Merkelin şüarını mənimsədi
-
Sosial6 İyun 22:36Azovda həlak olan kapitanın həyat yoldaşı danışdı - VİDEO
-
Elm və təhsil6 İyun 21:48Sosial şəbəkələri silkələyən görüntü: Həmin müəllim cəzalandırıldı - FOTO
-
Magazin16 İyun 21:36"İlk dəfədir belə pul görürdüm, cibim partlayırdı"
-
Sosial6 İyun 21:24Leyla Əliyeva həmin məşhur şeiri səsləndirdi - VİDEO
















.jpg)




















