Gözəllik
Payızın ən son gözəllik tendensiyası: qəhvəyi dodaqlar - FOTOLAR
Bu mövsüm tanınmış makiyaj ustaları açıq rəngli dodaq boyalarına üstünlük versələr də, ulduzlar və modellər tamamilə başqa bir tendensiyanı diktə edirlər. Məşhur simalar qırmızı xalı mərasimlərində və film nümayişlərində daha çox qəhvəyi dodaq boyası və ya dodaq parıltısı ilə görüntüləniblər. Qəhvəyi pomadanın köhnəlmiş dəb olduğunu düşünə bilərsiniz, amma vizajistlər iddia edirlər ki, qəhvəyi dodaqlar payızda effektli görünür.
Publika.az-ın gözəllik bölməsi xəbər verir ki, dodaqları tünd rənglərə boyamaq ehtiyatlı davranış tələb edir.
Qəhvəyi dodaq boyasından istifadə edən zaman üzdə diqqətçəkən heç nə olmamalıdır. Dodaqlar kifayət qədər “qışqırdığı” üçün gözlər maksimum dərəcədə təbii olmalıdır.
Bu rəngin dodaqlarda gözəl qalması üçün gecə yatmazdan əvvəl nəmləndirici dodaq balzamı çəkin. Dodaq quruluşunu düzgün şəkildə vurğulamaq üçün dodaq boyasından bir neçə ton açıq rəngli qələmlə dodaqlarınızı haşiyəyə alın. Ancaq bundan sonra seçdiyiniz dodaq boyasını çəkə bilərsiniz. Sonda isə tuş gəlir. Diqqət mərkəzində dodaqlar olsa da, tuş kirpiklərə həcm verərək gözlərin daha gözəl görünməsinə kömək edir.
Aytən
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi












.jpg)











.jpg)















