Gözəllik
Təbii sabun nəyə yarayır?
Gözəlliyinin qayğısına qalan xanımlar bilirlər ki, dəri üçün ən faydalı vasitələrdən biri də təbii məhsullardan hazırlanan sabunlardır. İndi satışda cürbəcür bitki və meyvələrdən hazırlanan sabunlar tapmaq mümkündür.
Publika.az hansı sabundan nə məqsədlə istifadə edilməli olduğunu araşdırıb:
Darçın sabunu: çillərə qarşı
Bu sabun dəridəki çilləri aradan qaldırır, həmçinin yara, sızanaq izi və çatların daha tez sağalmasını təmin edir.
Çobanyastığı sabunu: sellülitə qarşı
Sellülitləri qısa zamanda yox edir. Göz qapağı iltihabı, gözaltı şişlik, qaraltı, ekzema və göbələk əleyhinə də istifadə edilir.
Limon sabunu: qara nöqtələrə qarşı
Dəridəki məsamələri təmizləyir və daraldır. Sızanaq və qara nöqtələrin yaranmasına imkan vermir. Bu sabunun köpüyü ilə edilən masaj başağrısını aradan qaldırır.
Gül sabunu: ekzemaya qarşı
Dərinin nəm balansını qoruyur. Allergiyaya meyilli, həssas dəriyə yaxşı təsir edir. Ekzema və sədəf xəstələrinə tövsiyə edilir.
Ərik sabunu: sızanaqlara qarşı
Ərik sabunu da tərkibindəki E vitamini sayəsində dərinin nəm balansını qoruyur. Dərini möhkəmləndirir. Bütün dəri tipləri üçün uyğundur. Mütəmadi olaraq istifadə etdikdə sızanaq, ləkə və qara nöqtə kimi problemləri aradan qaldırır.
Buğda sabunu: ləkələrə qarşı
Hüceyrələri yeniləyir. Tərkibindəki A, B və D vitaminləri sayəsində dəriyə qüsursuzluq bəxş edir. Yara və yanıq ləkələrini, həmçinin sızanaq izlərini yox edir.
Ləman Sultan
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi












.jpg)











.jpg)















