Gözəllik
Arıqlamaq istəyirsənsə, loxmalarını say!
Arıqlamaq istəyənlər, adətən, yedikləri qidaların kalorisinin az olmasına diqqət edir, gün ərzində 1000 kalorini keçməməyə çalışırlar. Ancaq yeni aparılan araşdırmalar göstərib ki, kalori hesablamaqdan daha effektli və asan bir üsul var.
Belə ki, Briqam Universitetinin professorlarının apardıqları araşdırma loxmaları sayaraq ac qalmadan arıqlamağın mümkün olduğunu sübut edib.
Araşdırma iştirakçılarından bir həftə ərzində su istisna olmaqla, maye qəbul edərkən qurtumları, yeyərkən loxmaları saymaqları istənilib.
Bir həftədən sonra məlum olub ki, iştirakçıların 30 faizi həmişəkindən daha az yeyib içiblər.
İştirakçıların hər biri 4 həftəlik sınaqdan sonra təxminən 2 kiloqram arıqlayıblar. Ac qalmadan və qidalanma rejimlərini dəyişmədən bu cür nəticə əldə etmələri alimləri belə təəccübləndirib.
Mütəxəssislər loxmaları saymağın arıqlama ilə nəticələnməsinin səbəbini doyma siqnalı ilə əlaqələndirirlər. Onların fikrincə, loxmaları saydıqda doyma siqnalı beyinə daha tez çatır.
Xatırladaq ki, daha öncə çinli alimlər hər bir loxmanı 40 dəfə çeynəyərək qısa müddətdə arıqlamağın mümkün olduğunu sübut etmişdilər.
Ləman Sultan
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi












.jpg)











.jpg)















