Gözəllik
4 uşaq anası olan modelin gözəllik sirləri - FOTOLAR
Cazibədar model Natalya Vodyanaova həm də gözəl anadır. Ona baxanda 4 uşaq dünyaya gətirdiyinə inanmaq olmur. Bəs, görəsən o, necə belə gözəl qala bilib?
Publika.az milyarder Antoine Arnoultun sevgilisi Nataliya Vodyananovanın bütün sirlərini açıb.
Beləliklə, Natalya Vodyanova dərisini heç vaxt dekorativ kosmetika ilə yükləmir. Bütün qadınlara məsləhət görür ki, dərini hədsiz və parlaq makiyajdan qorusunlar. Müxtəlif kremləri və həddindən artıq tonal əsaslı kosmetik məhsulları sınaqdan keçirməyə qorxur. Yalnız pudra, hərdən isə sulu tonal kremlərdən istifadə edir. Çünki fotoqraflar hər an qarşısına çıxa bilər. Ənlik, demək olar ki, çəkmir.
Dəriyə qulluqda da ehtiyatlı olan Natalya ən yaxşı kosmetik vasitələrdən istifadə edir. Mütəmadi olaraq kosmetoloqa müraciət edir. Modelin sözlərinə görə, hələlik yalnız pilinq və yaşlılıq əleyhinə profilaktik tədbirlər həyata keçirir. Mezoterapiya kimi proseduralardan istifadə etmir.
Makiyajda aparıcı yeri dodaqlara verir və onu qırmızı pomada ilə vurğulayır. Dırnaq boyaları onun üçün əlavə diqqət və vaxt itkisi deməkdir. Lakin məcburiyyətdən çəkir və ancaq bej tonlarına üstünlük verir.
Əslində, sarışın olmasa da, belə görünməyi sevdiyindən saçlarını saraldıb. Buna görə Natalya heç də təəssüflənmir. Lakin saçlarda eksperiment apararkən diqqətli olmağı vacib sayır. Çünki rəng yaraşmaya bilər.
Natalya üçün gözəlliyi qorumağın daha bir mühüm bəndi düzgün qidalanmaqdır. Model yalnız faydalı məhsullar yeyir. Əlbəttə, bu yanaşma dəridə də əksini tapır. Vodyanovanın fikrincə, qida rasionunda meyvə və tərəvəz, eləcə də, balıq və dəniz məhsulları çox olmalıdır. Qidalanmasına da xüsusi diqqət yetirən model hesab edir ki, insan ac deyilsə, gözlərini yeməkdən çəkməli və nəfsinə hakim olmalıdır. Yağlı və istiotlu qidalardan uzaqlaşandan sonra orqanizminin rahatlaşdığını, özünü daha sağlam və güclü hiss etdiyini deyib.
O hər səhər yuxudan durub limonlu isti su içir. Bunun ardından isə, bir neçə stəkan adi su içir. 2 saat fasilədən sonra özü üçün dadlı qəhvə hazırlayır.
Limonlu qaynar suyun faydalı olduğunu və bədəni canlandırdığını qeyd edən model səhər yuxudan durduqda bədəni ağır fiziki iş ilə yükləməməyi, sadəcə gündəlik adi işlərlə məşğul olmağı məsləhət görür. Məsələn, yuxudan durduqdan sonra dişləri fırçalamaq, saçları daramaq və dəriyə uyğun kremlərdən istifadə etməyi tövsiyə edir.
Yaxşı əhvalda olmaq və sağlamlığını qorumaq üçün o, bir müddət yoqa ilə də məşğul olub.
Aytən
-
Sosial21:24Paytaxtın iki rayonunun bir sıra əraziləri qazsız qalacaq
-
Magazin120:36Hadise və Gülşen onu məhkəməyə verir
-
İdman20:12Messi "Hörümçək Adam"la birlikdə uçdu - VİDEO
-
İdman19:12“Qarabağ” 1 milyona onu transfer edəcək - FOTO
-
Sosial18:24"Sovetski"də ev qanunsuz sökülüb? - Rəsmi AÇIQLAMA
-
İqtisadi gündəm18:12Dövlət Agentliyi yerli ərzaqlıq buğda ilə bağlı MƏLUMAT YAYDI
-
Region17:45İcbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanda həkimlər bu qədər maaş alır
-
Elm və təhsil16:49İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı

























.jpg)










