Gözəllik
Avokado tumu ilə gəncləşin
Avokado həm ləzzətli, həm də sağlamlıq üçün çox faydalı meyvədir. “One Green Planet” bloqunda çıxan xəbərə görə, avokado tumu əsl antioksidant anbarıdır. Bu ekzotik meyvənin tərkibindəki amin turşularının 70 faizi onun tumunda cəmlənib. Bu meyvənin tumu dəri problemlərini aradan qaldırmaq, dərini gəncləşdirmək kimi xüsusiyyətlərə malikdir. Bura yaşıl çayda olan polifenollar də daxildir.
Vegan bloq müəllifi Conaton Enqels avokado tumundan istifadə qaydasını belə izah edib: Tumu çıxardıqdan sonra onu dörd hissəyə bölün və üyüdücü ilə toz halına gətirin. Bu tozun dadı olduqca acı olduğu üçün onu hər hansı bir meyvə və ya tərəvəz suyunun içinə qataraq içə bilərsiniz. Bu üsul dərini təravətləndirməyin və piyləri yandırmağın ən yaxşı və təsirli vasitələrindən biridir.
Xatırladaq ki, bu meyvənin tumu xolesterini azaltmaqla bərabər, viruslarla mübarizədə də mühüm rol oynayır.
Aytən
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi












.jpg)











.jpg)















