Gözəllik
Dəbdə olan fransızsayağı saç düzümləri - FOTOLAR
Ötən əsrdə, xüsusilə, fransız filmlərində saçları bir istiqamətdə spiral kimi fırladaraq arxada maşa ilə bərkitmək dəbdə idi. Bu saç düzümünə “babetta” deyilirdi. Həmin saç düzümü dəbin təsiri ilə az qala dəb tarixinin qaranlıq səhifələrinə düşəcəkdi ki, dizaynerlər onu yenidən xatırlatmaq qərarına gəliblər.
Bu klassik sadə saç düzümü həm gündəlik, həm də axşam dəvətləri üçün idealdır.
Publika.az xəbər verir ki, stilist Pol Xenlon hesab edir ki, kifayət qədər təbii görünməsi üçün saçları arxada topladıqda onun hündürlüyünü nəzərə almaq vacibdir. Düzgün təyin olunmamış həcm və hündürlüyün düzgün təyin edilməməsi xanımın üz cizgilərini dəyişdirir. Belə ki, hündürdə toplanan saç burnu vizual olaraq uzadıb profili kobud göstərir. Çox aşağıda toplananda isə çənənin uzunluğunu vurğulayır. İdeal hündürlüyü tapmaq üçün eksperiment aparmaq, nəticəni ön və yan güzgülərin köməyi ilə qiymətləndirmək lazımdır.
Babetta saç düzümü orta uzunluqda saçlarda daha effektli alınır. Uzun saçlarda sanballı görünsə də, bir yerdə toplandığı üçün başı ağırlaşdırır. Lakin bu, o demək deyil ki, uzun saçlı qızlar bu modeldən imtina etməlidir. Sadəcə, müxtəlif gözəllik hiylələrindən istifadə etmək lazımdır.
Stilist geyim və saç stilləri arasında balansı saxlamağı da tövsiyə edib. Məsələn, səliqəli və hamar babetta sadə və ciddi kostyumla yaxşı uzlaşır. Kokteyl və ziyafət libaslarında isə saç düzümünün dağınıq və daha həcmli olmasına yol verilə bilər.
Aytən
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















