Gözəllik
Dəri sallanmasına qarşı ən effektiv qidalar
Gözəl dəriyə qovuşmağın ilk qaydası sağlam olmaqdır. Sağlam orqanizm üçün isə düzgün qidalanmaq lazımdır.
Publika.az sağlamlığa yaxşı təsir etməklə yanaşı, dərini də gözəlləşdirən 5 qidanı təqdim edir:
İspanaq:
İspanağın tərkibindəki A vitamini dəridə kollagenin miqdarını artırır. Bununla da, dəri sallanmasının qarşısı alınır. Hər bir insanın gündə 700-900 mikroqram A vitamininə ehtiyacı var.
Bu ehtiyacı 1 ədəd manqo və yarım boşqab ispanaqla qarşılamaq olar.
Həmçinin ərik, süd, pendir, yumurta, qaraciyər kimi qidalar da A vitamin ilə zəngindir.
Qızıl balıq:
Dərinin elastikliyini artırır, qırışların yaranmasının qarşısını alır. Həftədə iki dəfə sobada bişmiş qızıl balıq yemək dəri üçün çox faydalıdır.
Fındıq:
Fındıq E vitamini ilə zəngindir. E vitamini ən təsirli antioksidantlardan hesab edilir. Bu vitamin dərini günəşin zərərli şüalarından qoruyur, dərini nəmləndirir, yumşaldır və yaşlanma əlamətlərini aradan qaldırır.
İnsanın gündəlik E vitamini ehtiyacı təxminən, 8-10 mikroqramdır. Bir ovuc fındıq bu ehtiyacı ödəmək üçün kifayətdir.
Balqabaq, yunan qabağı, kələm, kahı, zeytun yağı, balıq yağı, qoz, yumurtanın sarısı, pomidor və kartof da E vitamini ehtiva edir.
Kivi:
C vitamini baxımından ən zəngin meyvələrdən biridir. C vitamini dəri gözəlliyi üçün çox əhəmiyyətlidir. Dərini gəncləşdirir.
100 qram kivi gündəlik C vitamini ehtiyacını ödəməyə kifayət edir.
Portağal, qreypfrut, brokoli, cəfəri, itburnu kimi qidalar da C vitamini ilə zəngindir.
Su:
Dərinin nəm balansını qorumaq çox önəmlidir. Bunun üçün gündə ən azı 10 stəkan su içmək lazımdır.
Ləman Sultan
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















