Gözəllik
Dərini qocaldan qidaların SİYAHISI
Kosmetoloq Niqba Talib əmindir ki, dərinin vəziyyəti onun nə ilə və ya necə qidalandığı haqqında müəyyən məlumatlar verir. Çünki istehlak etdiyimiz istənilən qida zahiri görünüşümüzdə öz əksini tapır.
Kosmetoloqun sözlərinə görə, uzaq durmalı olduğumuz 4 təhlükəli qida mövcuddur. Nəzərə alaq ki, mütəxəssis 43 yaşında son dərəcə gözəl görünür, odur ki, onun sözlərinə riayət etməklə ziyana düşmərik.
Publika.az-ın gözəllik bölməsi kosmetoloqun məsləhətlərini təqdim edir:
Hər gün eyni yeməkləri yeməyə öyrəşmişik, lakin onların orqanizmə ziyanları barədə düşünmürük. Üzünüzə diqqətlə baxsanız, zəhərlənmə əlamətlərini görə bilərsiniz.
Dəri üçün ən zərərli qidaların siyahısı:
Şərab və digər spirtli içki növləri
Dərinin vəziyyəti:
Qaşların arasında dərin qırışlar, qırmızı yanaqlar, qeyri-sağlam rəng, quru dəri, iri dəri məsamələri, üzdə qeyri-bərabər qızartı, yorğun üz ifadəsi.
Bəli, bir qədəh şərab bu cür acınacaqlı vəziyyətə səbəb olmaq iqtidarındadır! Əgər alkoqol qəbulundan sonra dərinizin pisləşdiyini müşahidə edirsinizsə, çox güman ki, problem qaraciyərlə bağlıdır. İstənilən spirtli içkiləri məhdudlaşdırın, daha çox su için. Alkoqoldan imtina etdikdən 3 həftə sonra balans bərpa olunacaq, dəri isə xeyli yaxşı görünəcək.
Şəkər
Dərinin vəziyyəti:
Dərin xətlər düşmüş alın, göz ətrafı dərinin tutqunlaşması, üzdə və sinədə səpki, qaşların tökülməsi.
Ağ çörək, pirojnalar, qeyri-təbii meyvə şirələri, şokolad, rəngarəng konfet və şirniyyatlar dərinin ən qatı düşmənləridir. Bunun qarşısını almaq istəyirsinizsə, zərərli şirniyyatları faydalıları ilə, məsələn, bal, təzə meyvə, quru meyvələrlə əvəz edin.
Süd
Dərinin vəziyyəti:
Göz torbaları, göz ətrafında qara dairələr, çənədə qırışlar, sallanmış yanaqlar.
Mağazadan alınan süd məhsulları hormonal disbalans yaradır, bəzi insanlarda bu daha çox təzahür edir. Süd, pendir, yoqurt, xama və qatıq orqanizmə heç bir fayda vermir, əksinə, zərər verir.
Üç həftə mağazadan alınan ağartı məhsullarından imtina edin. Nəticədə, dəri inanılmaz dərəcədə yaxşılaşacaq, orqanizm müxtəlif kimyəvi maddələrdən təmizlənəcək.
Qlüten
Dərinin vəziyyəti:
Şişmiş yanaqlar, qızarmış sifət, çənədə çəhrayı sızanaqlar.
Aldığınız bütün məhsulların qlütensiz olmasına diqqət edin. Bu o deməkdir ki, buğda ununu qarabaşaq unu ilə əvəz edin.
Bu qaydaya əməl etsəniz, dəri təmiz və sağlam olacaq.
Zövq ötəridir, ona görə də, təravətli və gözəl dəri naminə bunlardan imtina etməyə dəyər. Yaxşı ki, sağlamlığımız və gözəlliyimiz bizim özümüzdən asılıdır!
Aytən
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər















-332321585f0779969d9957a0ad7dcda0.jpg)







.png)














