Gözəllik
Fen istifadə edənlər oxusun!
Saçlarınızı düzləşdirmək üçün saç fenindən istifadə edirsinizsə, ondan istifadə qaydalarına əməl etməlisiniz. Əks halda, saçınız yana bilər.
Publika.az saç düzləşdirən fenlərdən istifadə qaydalarını təqdim edir:
Sizə hansı fenin uyğun olduğunu müəyyənləşdirin!
Fenin eni nə qədər olmalıdır?
*19 mm:
Eni 19 millimetr olan fenlər, əsasən, qısa saçlı xanımlar üçün nəzərdə tutulub. Kəkili də bu cür fenlə düzləşdirmək olar.
*22mm:
Bu fen də qısa saçlılar üçündür. Saç teli qalın, cod olanlar bu fendən istifadə etməlidir.
*25 mm:
Saçlarınız çiyinə qədər uzanırsa və saç telləriniz qalındırsa, bu fen sizin üçün mükəmməl seçim olacaq.
*28 mm:
Daha uzun saçlar üçün nəzərdə tutulub. Qıvrım saçlı xanımlar üçün ideal hesab olunur.
*32 mm:
Çox uzun və həddən artıq cod olan saçlar üçün nəzərdə tutulub.
Fenin saçlara toxunan hissələri hansı materialdan hazırlanmalıdır?
Seramika:
Seramika istiliyi saçın hər tərəfinə eyni miqdarda paylayaraq saç hüceyrələrinin ölməsinə mane olur. Keyfiyyətli seramikadan hazırlanan fen sayəsində, saçlarınız sağlam və gözəl görünəcək.
Titanium:
Titanium seramikadan daha tez qızır. Saçın daha tez düzləşdirilməsinə kömək edir. Ancaq belə fendən yalnız peşəkarlar istifadə etməlidir, çünki belə fen düzgün istifadə edilmədikdə saçı yandıra bilər.
Turmalin:
Belə fen saçlara parlaqlıq verir. Saçların elektriklənməsinin qarşısını alır.
Düzləşdirmədən qabaq saçı istinin zərərindən qoruyan xüsusi spreylərdən istifadə edin. Fenin dərəcəsi 185-dən yuxarı qalxmamalıdır.
Saç teli qalın olanlar fenin temperaturunu 185 dərəcədə, nazik olanlar isə 150-160 dərəcədə saxlamalıdır.
Ləman Sultan
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm



































.jpg)
