Gözəllik
Ancelina Colinin cazibədarlıq sirləri - FOTOLAR
Hollivud aktrisası Ancelina Colini təkcə kişilər deyil, qadınlar da sevir. Onun gözəlliyinə, sadəcə, həsəd aparmaq olar. Parlaq saçları, dolğun dodaqları, gözəl dərisi insanı ilk baxışda cəlb edir.
Bütün bu gözəlliklər təbiətin ona bəxş etdiyi hədiyyədir.
Publika.az məşhur aktrisanın gözəllik sirlərini təqdim edir:
Qamətli belinə görə yoqa və pilatesə borcludur
Ancelina müsahibələrində hamiləlik zamanı özünə heç nəyi qadağan etmədiyini söyləyir. Hollivud gözəli uşağın sağlamlığını düşündüyü üçün 9 ay müddətində yaxşı qidalanıb. Hətta şokolad və qazlı içkilərdən də vaz keçməyib.
Amma aktrisa doğuşdan sonra şirniyyat yeməmək üçün özünü zorla saxlayır, yoqa və pilateslə intensiv şəkildə məşğul olur.
Düzgün qidalanma
Ancelina hamiləlikdən sonra əvvəlki çəkisinə qayıtmaq üçün qidalanmasına ciddi nəzarət edir. Daha çox tərəvəz və dəniz məhsullarına üstünlük verir.
Ulduzun son şəkilləri onun anoreksiya xəstəliyindən əziyyət çəkdiyini deməyə əsas verir. Buna səbəb onun xərçəng xəstəliyi riskini minimuma endirmək üçün bir neçə əməliyyat keçirməsidir.
Zəncəfil və sarımsaq ideal dəriyə qovuşmağa kömək edir
Ancelina yeməklərin əksəriyyətinə zəncəfil və sarımsaq əlavə edir. Çünki zəncəfilin həzmə müsbət təsir etdiyi çoxdan sübut olunub, o, həmçinin iltihablı dərinin təmizlənməsinə kömək edir. Əlbəttə, bunu zəncəfilə allergiyası olmayan şəxslər istifadə edə bilər.
Əsas gözəllik ritualı: öz bədəninizi sevin!
Ancelina hesab edir ki, qadın cəlbediciliyinin ən mühüm sirri onun özünü sevməsidir. Aktrisanın fikrincə, qadının özünə hörmət etməsi onun kişilərin gözündə cazibədarlığını qoruyub saxlamağa yardım edəcək.
Aytən
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
















.jpg)



















