Gözəllik
Bunları yesəniz, saçlarınız parlaq görünəcək!
Parlaq saçlar hər bir xanımın arzusudur. Bu arzuya qovuşmaq üçün bahalı, üstəlik, tərkibi kimyəvi maddələrlə dolu olan məhsullara pul xərcləməyin. Çünki mütəxəssislər parlaq saçların sağlam qidalanmaqla əldə edilə biləcəyini deyirlər.
Türkiyəli diyetoloq Melis Torluoğlu sağlam və parlaq saçlara qovuşmaq üçün mütəmadi olaraq yeməli olduğumuz qidaların siyahısını açıqlayıb.
Publika.az həmin qidaları təqdim edir:
Yumurta
Yumurta ən yaxşı zülal mənbəyidir. Həmçinin, B12 vitamini, “biotin”, sink, dəmir ehtiva edir. Bu vitamin və minerallar saçların uzanmasına kömək etməklə yanaşı, saçın daha gur və parlaq görünməsinə səbəb olur. Odur ki, həftədə 3-4 dəfə suda bişmiş yumurta yeyin.
Yer kökü
Kökün tərkibindəki A vitamini saç dərisini qidalandırır. Beləliklə, saçlar daha sağlam olur. Yer kökünü hər gün yemək lazımdır. Onu xörəklərə və salatlara əlavə edə bilərsiniz.
Göyərtilər
Kələm, brokkoli, ispanaq, nanə, tərə, cəfəri kimi tərəvəz və göyərtilər saçın parlaq görünməsini təmin edir. Bu qidaları çiy yemək məsləhətdir.
Çərəzlər
Fındıq, qoz, badam, fıstıq kimi tərkibi yağlarla zəngin olan çərəzlər saçlar üçün çox faydalıdır.
Bu çərəzlərin tərkibində bol miqdarda E vitamini var. E vitamini qan dövranını sürətləndirir, saç dərisinin daha yaxşı qidalanmasını təmin edir. Hər gün bu çərəzlərdən hər hansı birindən 10-15 ədəd yeyin.
Avokado
Bu meyvə B5 vitamini ehtiva edir. B5 vitamini saçların sağlamlığını qoruyur və tez uzanmasını təmin edir. Gündə yarım avokado yeyə bilərsiniz.
Paxlalı bitkilər
Quru lobya, mərci, noxud kimi qidaların tərkibi dəmir, sink, biotinlə zəngindir. Bu qidalar həm saçlara parlaqlıq verir, həm də onların tökülməsinin qarşısını alır. Həftədə 2-3 dəfə paxlalı bitkilərdən hazırlanmış salat və ya xörək yeyin.
Bütöv dənli taxıldan hazırlanmış çörək
Gündə ən azı 2-3 dilim çörək yemək lazımdır. Ancaq çörəyin bütöv dənli taxıldan hazırlanması böyük əhəmiyyət təşkil edir.
Qırmızı ət
Qırmızı ət tərkibindəki dəmir sayəsində saç köklərini qidalandırır. Qırmızı ət saç tökülməsinin qarşısını alır. Həftədə 2-3 dəfə qırmızı ətdən hazırlanmış xörəklərdən yeyin. Yeməyə yağ əlavə etməməyiniz məsləhətdir. Ətin tərkibi yağlarla zəngin olduğu üçün yemək kifayət qədər yağlı olacaq.
Ləman Sultan
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ





















.jpg)















